Modern.az

İstidən 92 nəfər öldü

İstidən 92 nəfər öldü

Dünya

19 İyun 2019, 21:56

Hindistanın şimal-şərqindəki Bihar ştatında kəskin istilərlə əlaqədar azı 92 nəfər ölüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə sonundan etibarən bölgədə 48 dərəcə isti hökm sürür.

Ştat rəhbərliyi iyunun 22-dək məktəblərin bağlanması barədə qərar qəbul edib.

Sakinlərə günorta saatlarında havaya çıxmamaları və çoxlu su içmələri tövsiyə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü