Arxiv
24 İyun 2019, 15:32 | AKTUAL
Çingiz Qənizadə:Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”

Prezident İlham Əliyevin  iyunun 20-də həyata keçirdiyi kadr dəyişiklikləri gündəmin ən çox müzakirə olunan mövzularından biridir.
Prezidentin imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin edib.

Müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarında çalışmış, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-ın  Dövlət Təhlükəsizlik Xidmətindəki  təyinatla bağlı suallarına ətrafı cavab verib.

Ç.Qənizadənin sözlərinə görə, 2005-2015-ci illərdə o zamankı Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri  Eldar Mahmudovun dövründə bütün peşəkarlar xüsusi xidmət orqanlarından kənarlaşdırıldı:

 “Eldar Mahmudov Əli Nağıyevin yerinə özü ilə əvvəllər polis orqanlarında çalışmış insanları gətirməklə sanki dövlət təhlükəsizliyi ilə deyil,  OBXSS fəaliyyəti ilə məşğul olmağa başladı. Nəhayət, sahibkarlara, iş adamlarına əziyyət  verən qurumun rəhbərliyi 10 ildən sonra dəyişdirildi.  Mədət Quliyevin bu quruma rəhbər təyin edilməsi ilə orada yenidən canlanma baş verdi. Mədət Quliyevin rəhbərliyi ilə bu qurumda formalaşmış cinayətkar  ünsürlər kənarlaşdırıldı və yavaş-yavaş əvvəllər burdan qovulmuş peşəkar çekistlərin DTX-ya gətirilməsi prosesinə başlanıldı. Deyərdim ki,  Mədət Quliyevin rəhbərliyi dövründə bu qurum tam olaraq üzərinə düşən işlə məşğul oldu. Bu sahədə arzu etdiyimiz bütün islahatların başlanmasının şahidi olduq”.

“Əli Nağıyev OBXSS işçisi deyil”

Müsahibimiz sualımıza gülə-gülə cavab verərək deyib ki, Əli Nağıyev OBXSS-də  işləməyib:

 
“Sualınıza cavab olaraq qeyd edim ki, həm Daxili İşlər Nazirliyində, həm də DTX-da kadr dəyişikliyi olub. DTX-da aparılmış  kadr dəyişikliyi ilə bağlı bildirmək istəyirəm ki, Əli Nağıyev  OBXSS-də işləməyib. Hesab edirəm ki, uzun illər təhlükəsizlik xidmətində çalışmış, sıravilikdən general rütbəsinə qədər bu qurumda fəaliyyət göstərmiş əsl professionalın rəhbərliyə gətirilməsi normal haldır. Ümid edirəm ki, Mədət Quliyevin dövründə bu qurumda başlanmış uğurlu islahatlar Əli müəllimin dövründə daha da dərinləşəcək və genişləndiriləcək. Bu qurum öz tarixinə nəzər salaraq sırf dövlətimizin təhlükəsizliyi ilə məşğul olan qurum kimi fəaliyyətini davam etdirəcək”.

Təkəbbürdən uzaq olan sadə insan...

Çingiz Qənizadə Əli Nağıyevlə tanışlıqlarından da söz açıb:

“Əli müəllimi  hələ 1990-cı illərdən tanıyıram. O zaman DTX-nın Nərimanov şöbəsinə rəhbərlik edirdi. Peşəkar olmaqla yanaşı, olduqca ədalətli və haqsızlığa qarşı barışmaz mövqe nümayiş etdirən məmurdur. O bu fikirlərimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin  rəis müavini olduğu dövrdə də bir daha sübuta yetirib. Əli müəllim dövlətin maraqlarını hər şeydən üstün tutan şəxsiyyətdir. Təkəbbürdən uzaq olan sadə insandır. Əli Nağıyevin  yenidən DTX-da rəhbər vəzifəyə gətirilməsi təkcə bizim yox, həm də bu qurumda çalışan əsl professionalların sevincinə səbəb olan məqamlardan biridir. Çünki vaxtilə Əli Nağıyev də EldarMahmudovun təzyiqləri vasitəsilə bu qurumdan kənarlaşdırılmışdı. Bunun da yeganə səbəbi o idi ki, Əli Nağıyevin professional olması   qeyri-professional nazir və onun cinayətkar  komandasını  qane etmirdi. Əli Nağıyev bu qurumun sırf dövlət təhlükəsizliyi  işləri ilə məşğul olmasına çalışsa da, cinayətkar komanda başqa işlərlə məşğul olurdu. Zaman göstərdi ki, Əli Nağıyev haqlıdır”.

“O, vətən və xalq maraqlarını üstün tutan şəxsdir”

Parlament üzvü həmin dəstənin ifşasından sonra yenidən Əli Nağıyevin bu quruma gətirilməsinin olduqca müsbət təyinat olduğunu qeyd edib:


“Əli müəllim vaxtlə Azərbaycan torpaqlarının işğalına qalxmış erməni cinayətkarlarına qarşı cəbhə bölgələrində, səngərlərdə vuruşmuş əməkdaşlardan biridir. O həm milli, həm dövlət,  həm də vətən maraqlarını hər şeydən üstün tutaraq lazım gələndə sinəsini qabağa verməyi bacaran generallarımızdan biridir. Əli müəllimə, dövlətimizin təhlükəsizliyi və maraqları naminə çətin və şərəfli işlərində uğurlar arzulayıram”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistika fakültəsinin dekanı və professor “Şirməmməd Hüseynov mükafatı”nı ALQIŞLADILAR 22 İyul 2019, 15:28 Jurnalistikanı atan məşhur jurnalistlər… 22 İyul 2019, 15:23 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb   22 İyul 2019, 15:20 İlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi 22 İyul 2019, 15:18 Azərbaycan “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi 22 İyul 2019, 15:07 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB 22 İyul 2019, 15:01 “22 iyul varisi” olan media qurumları və jurnalistlərin adları - SİYAHI 22 İyul 2019, 14:30 SSRİ zamanında Azərbaycanda Mətbuat günü necə qeyd edilirdi? 22 İyul 2019, 14:19 Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir   22 İyul 2019, 14:13 Zərdabi niyə müəllim oldu?   22 İyul 2019, 14:05 Beş güləşçimiz Avropa Gənclərinin Olimpiya Festivalının FİNALINDA   22 İyul 2019, 13:59 Müəllim olmaq istəyənlər imtahan verir 22 İyul 2019, 13:52 Əli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar” 22 İyul 2019, 13:50 Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO/VİDEO 22 İyul 2019, 13:42 BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?    22 İyul 2019, 13:35 Hərbçilərimiz beynəlxalq yarışlara hazırlaşır - FOTOLAR 22 İyul 2019, 13:27 Deputat Eldar Quliyev təltif olundu 22 İyul 2019, 13:18 “Azərsu” sədri vətəndaşları qəbul etdi 22 İyul 2019, 13:14 Nazir Mirşahinə müsahibə verdi - VİDEO 22 İyul 2019, 13:09 “Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur” 22 İyul 2019, 13:02 Sabahın HAVASI: Güclü külək əsəcək 22 İyul 2019, 12:56 Prezident qəzetlərə 1 milyon manat ayırdı 22 İyul 2019, 12:46 Bakıda yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyuldu 22 İyul 2019, 12:26 Ölkə.az-da yeni baş redaktor 22 İyul 2019, 12:21 Əbülfəs Qarayevdən jurnalistlərə TƏBRİK 22 İyul 2019, 12:10 Təhsil naziri İctimai Şura yaratdı - hər kəs üzv ola bilər 22 İyul 2019, 12:00 Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi 22 İyul 2019, 11:54 Deputat:  “YAP gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır” 22 İyul 2019, 11:51 Cahangir Hacıyevin məhkəməsi təxirə düşdü 22 İyul 2019, 11:51 “Western Union” Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırdı 22 İyul 2019, 11:37 Sumqayıtda 55 yaşlı kişi 8 yaşlı qızı oğurladı 22 İyul 2019, 11:21 “Gülazar” limonadları da zay çıxdı - FOTOLAR 22 İyul 2019, 11:17 Binəqədidə narkotacir qadın tutuldu - FOTO   22 İyul 2019, 11:11 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır 22 İyul 2019, 11:09 Prezident Milli Mətbuat Günü münasibəti ilə paylaşım etdi 22 İyul 2019, 10:58