Arxiv
25 İyun 2019, 16:57 | AKTUAL
“Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub

İyunun 25-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev VII Muğam Televiziya Müsabiqəsinin əslən Laçın, Zəngilan və Xocalı rayonlarından olan qalibləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Dövlət Komitəsinin sədri gənc xanəndələri respublikamızda və onun hüdudlarından kənarda çox populyar olan ənənəvi müsabiqədə uğur qazanmaları münasibətilə təbrik edib. 

 

Qeyd olunub ki,  Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən bu möhtəşəm sənət yarışması muğam ifaçılığının inkişafında və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Müsabiqənin təşəbbüsçüsü və ilhamvericisi Birinci vitse-prezident,  Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva xalqımızın ən böyük sərvətlərindən biri olan muğam sənətinə xüsusi diqqət və qayğı göstərir. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə UNESCO-nun mədəni irs siyahısına daxil edilən Azərbaycan xalq sənət nümunələrindən biri də muğamdır. Diqqətə çatdırılıb ki, televiziya muğam müsabiqələri yeni nəsil muğam ifaçılarının, o cümlədən  məcburi köçkün ailələrdən olan istedadlı yeniyetmələrin və gənclərin aşkara çıxarılmasına, böyük sənətə vəsiqə almasına şərait yaradır. 

 

Gənc xanəndələr – Xəyal Hüseynov, Murad Rüstəmzadə (Laçın), Zülfiyyə Cəbrayılzadə (Zəngilan),  Faiq Əkbərov (Xocalı) ölkəmizdə muğam sənətinə, bu sənəti seçən ifaçılara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə dövlətimizin başçısının hərtərəfli qayğısından onların da ailələrinə pay düşdüyünü qeyd edib, eyni zamanda, ata-baba torpaqlarının tezliklə işğaldan azad olunacağına inandıqlarını söyləyiblər.

 

Dövlət Komitəsinin sədri gənc xanəndələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara xalqımızın və dövlətimizin etimadını hər zaman doğrultmağı tövsiyə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyənin F-35 proqramında iştirakında problem yaranır 18 İyul 2019, 01:00 “Neftçi”ni çətin oyun gözləyir 18 İyul 2019, 00:44 Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12