Modern.az

Sabiq baş prokurura 10 il iş kəsildi

Sabiq baş prokurura 10 il iş kəsildi

Aktual

27 İyun 2019, 10:14

Özbəkistanın sabiq baş prokuroru Raşid Kadırov 10 il müddətinə azadlıqdan məhrum edilib, rütbə və dövlət mükafatlarından məhrum olunub.

Özbəkistan Ali Məhkəməsinin mətbuat xidmətinin yaydığı məlumata görə,
Raşid Kadırov rüşvət almaqda, rüşvət verməyə təhrikdə, dələduzluqda, vergidən və başqa vacib ödəmələrdən yayınmaqda, istintaqa və məhkəməyə müdaxilə etməkdə, hakimiyyət orqanlarının, idarə və ictimai birliklərin fəaliyyət qaydalarına əks olan cinayətlərdə günahalandırılıb.

Raşid Kadırov 2000-ci ildən 2015-ci ilədək Özbəkistanın baş prokuror olub.

Modern.az xəbər verir ki, Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti Raşid Kadırovla birlikdə hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan daha 13 nəfərin həbs olunduğunu bəyan edib. Onlar 13 ildən 19 ilədək azadlıqdan məhrum edilib. Həmin şəxslərdən də rütbə və mükafatlar geri alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı