Arxiv
27 İyun 2019, 10:17 | AKTUAL
Bakı Şəhər Baş Polis İdarəsi reydlər keçirdi – xeyli sürücü cərimələndi

Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əməliyyat-profilaktik və maarifləndimə tədbirləri paytaxtın mərkəzi küçələri ilə yanaşı Xəzər, Binəqədi və Sabunçu rayonlarında da baş tutub.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Xəzər rayonunda keçirilən analoji tədbir zamanı Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən şəxsi heyətə əvvəlcə profilaktik tədbirin məqsədi barədə məlumat verilib. Polislərin diqqətinə vətəndaşlarla ünsiyyət zamanı nəzakətli davranmağın vacibliyi, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələri çatdırılıb.

 

Tədbir zamanı  nəqliyyat axınının intensiv olduğu yollarda sürücü və piyadaların maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılıb. Piyada keçidlərindən istifadə etməyən şəxslərə xəbərdarlıq edilib.

 

Həmçinin sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib.

 

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən də rayon ərazisində nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçıları olan sürücü və piyadalarla fərdi söhbətlər aparılıb. Söhbətlər zamanı yol polisləri sürücü və piyadalara inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığına ciddi ziyan vurduğu barədə məlumat veriblər.

 

Sabunçu rayonunda keçirilən tədbir zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər də müəyyən edilib.

 

Həmin piyadalara izah edilib ki, yol polisinin əsas məqsədi piyada keçidlərindən istifadə etməyən şəxsləri inzibati qaydada cərimələmək yox, onlara təhlükəsizlik vərdişlərinin aşılanmasından ibarətdir.

Bu səbəbdən həmin piyadalara bir daha yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməmələri barədə xəbərdarlıq edilib.

 

Həmçinin şöbə əməkdaşları təbliğat işlərini gücləndirmə məqsədi ilə piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, xüsusilə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta tərkibi yaradır.

Səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxmasına və beləliklə də onların həyatlarını təhlükə qarşısına qoyması ilə nəticələnir.

 

Profilaktik tədbir zamanı nəqliyyat vasitəsini sərxoş halda idarə edən və yol poilsinin qanuni tələbinə tabe olmayan sürücülər də saxlanılıb və hərəkətdən kənarlaşdırılıblar. Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib.

Paytaxt ərazisində profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
6 ayda 146 nəfər itkin düşdü 20 İyul 2019, 22:02 Qəzaya uğrayan təyyarə mağazaya çırpıldı 20 İyul 2019, 21:39 İsti hava 6 nəfərin həyatına son qoydu 20 İyul 2019, 21:24 Moskvada 12 min insan etiraza qalxdı 20 İyul 2019, 21:09 Astarada DTX polkovniki həbs edildi 20 İyul 2019, 20:51 Nazir 261 nəfəri xidmətə qəbul etdi 20 İyul 2019, 20:32 Direktor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədi 20 İyul 2019, 20:19 Türkiyə diplomatlarını öldürənlər ələ keçirildi 20 İyul 2019, 20:02 Qusarda qoyun oğruları tutuldu 20 İyul 2019, 17:43 Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır 20 İyul 2019, 17:15 Gömrük Komitəsinin sədri media ilə əlaqələri genişləndirmək istəyir 20 İyul 2019, 17:06 Bakıda yanğın - 6 nəfər təxliyə olundu 20 İyul 2019, 16:52 Yaqub Mahmudov jurnalistlərə təbrik ünvanladı 20 İyul 2019, 16:32 Gömrük 46 min dollarlıq telefonlara 28 min manat rüsum alıb - RƏSMİ 20 İyul 2019, 16:25 Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi 20 İyul 2019, 16:16 Vilayət Eyvazov sıra baxışı keçirdi 20 İyul 2019, 16:14 Ekspert yay məktəblərinə qarşı çıxdı 20 İyul 2019, 15:26 Zakir Həsənov düşmənə zərbə endirməyi tapşırdı 20 İyul 2019, 15:17 Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini” 20 İyul 2019, 15:00 İlham Əliyev Belçika Kralını təbrik edib 20 İyul 2019, 14:38 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35