Modern.az

Birdəfəlik ödəniş veriləcək neçə şəhidin vərəsəsi pul alıb? - SON RƏQƏM

Birdəfəlik ödəniş veriləcək neçə şəhidin vərəsəsi pul alıb? - SON RƏQƏM

Aktual

5 İyul 2019, 09:58

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, şəhid hərbi qulluqçular vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı sahəsində işlər davam edir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ var:

 

“5 iyul 2019-cu il tarixə onlardan 10472 şəhidin 15498 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib. Beləliklə, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 85,4 faiz icra olunub”.

 

F.Talıbov qeyd edib ki, vərəsələrin birdəfəlik ödəmə ilə təminat prosesi bu ilin üçüncü rübü ərzində başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı