Arxiv
12 İyul 2019, 11:34 | AKTUAL
Bakıda I sinfə qəbul üçün 45395 müraciət olub

İyulun 12-nə (saat 09:30) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 45 395 sorğu yerləşdirilib.

 

Modern.az xəbər verir ki, onlardan 42 599-u ümumi təhsil məktəblərini, 2 796-sı isə lisey və gimnaziyaları seçib.

2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin  mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın HAVASI: Bakıya yağış, rayonlara qar yağacaq 18 Noyabr 2019, 13:24 İstilik tarifləri də qaldırılacaq? 18 Noyabr 2019, 13:21 100-dən çox  doktorant dövlət xətti ilə xaricdə təhsil alacaq - RƏSMİ 18 Noyabr 2019, 13:06 Gürcüstan müxalifətinin əsas tələbi RƏDD EDİLDİ 18 Noyabr 2019, 13:00 Prezident iki yeni səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR 18 Noyabr 2019, 12:56 “Azərenerji” gənc və perspektivli kadrların yolunu açır  18 Noyabr 2019, 12:50 Cəlil Məmmədquluzadənin nəticəsi: “Fəxr edirəm ki, ulu babam bu qədər sevgi qazanıb” 18 Noyabr 2019, 12:25  “Azərbaycan hələ uzun illər dünyanın dini tolerantlıq mərkəzi kimi qalacaq” 18 Noyabr 2019, 12:15 Bakı-Sumqayıt yolunda növbəti piyada ölümü 18 Noyabr 2019, 12:07 Bakı Ali Neft Məktəbinə yeni mətbuat katibi təyin olundu   18 Noyabr 2019, 12:00 Rusiyanın 4 ZƏİF CƏHƏTİ 18 Noyabr 2019, 11:53 Deputatlarımız Sofiyaya gedirlər 18 Noyabr 2019, 11:46 Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir? 18 Noyabr 2019, 11:40 Oftalmoloq Anar Abdullayevdən yeni cərrahi METOD  18 Noyabr 2019, 11:36 Hazırda yaşayan “Xalq artisti” və “Əməkdar artist”lərin sayı AÇIQLANDI 18 Noyabr 2019, 11:30 Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edildi 18 Noyabr 2019, 11:24 Bakıda liftdə qalan şəxs xilas edildi 18 Noyabr 2019, 11:18 Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlib 18 Noyabr 2019, 11:16 Milli Məclis büdcə zərfini ikinci oxunuşda müzakirə edir 18 Noyabr 2019, 11:14 Abşeronun bu kəndlərində işıq olmayacaq 18 Noyabr 2019, 11:05 Məktəblilərin “Ölkəmizi tanıyaq” aksiyasında növbəti səfər gerçəkləşdi 18 Noyabr 2019, 11:00 Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO 18 Noyabr 2019, 10:53 Ağsuda ev yandı 18 Noyabr 2019, 10:51 Cəlilabadda gənc müəllim evində ölü tapılıb 18 Noyabr 2019, 10:48 Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb 18 Noyabr 2019, 10:27 Cəbhədə silahlar susmur... 18 Noyabr 2019, 10:18 Ruhani benzinin bahalaşmasını izah etdi: “Üç yolumuz var idi..” 18 Noyabr 2019, 10:16 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi   18 Noyabr 2019, 09:44 Dini liderlərin Bakı Sammitinin NƏTİCƏLƏRİ - Azərbaycan bu tribunadan necə istifadə etdi?  18 Noyabr 2019, 09:40 Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi 18 Noyabr 2019, 09:36 ABŞ-la Avropa Birliyindən Gürcüstandakı siyasi gərginliyə REAKSİYA 18 Noyabr 2019, 09:36 Hillari Klinton son anda ölümdən döndü 18 Noyabr 2019, 09:28 Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı 18 Noyabr 2019, 09:24 İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib 18 Noyabr 2019, 09:19 İndoneziyanın Bakıdakı səfiri: “İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub” - MÜSAHİBƏ 18 Noyabr 2019, 09:01