Arxiv
17 İyul 2019, 12:56 | AKTUAL
Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA

ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin İnkişaf Proqramının (BMTİP) baş direktoru Akim Stayner və onun müavini, BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Spolyariç Eqqer ilə görüşüb. 

 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və BMT-nin İnkişaf Proqramı ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə həyata keçirilən layihələrdə effektivliyin artırılması məqsədi ilə müzakirələr aparılıb. 

 

Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulayan Baş Nazirin müavini 1992-ci ildə BMT-yə üzv olduqdan sonra bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığını, ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri qlobal təşəbbüsünə qoşulması iləBMT ilə əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb. 

 

Azərbaycanda son dövrlərdə bütün sahələrdə inkişafın dayanıqlılığının təmin edilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verən Ə.Əhmədov, aparılan islahatlarda BMTİP ilə birgə icra olunan layihələrin mühüm önəm kəsb etdiyini bildirib.

 

Eyni zamanda, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığı, bu məqsədlə ölkədə bütün strategiyalar və dövlət proqramlarının qlobal məqsədlərə uyğunlaşdırıldığı diqqətə çatdırılıb. 

 

Bundan əlavə, Baş Nazirin müavini Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını bildirib. BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyi BMT rəsmilərinin diqqətinə çatdırılıb.

BMT İnkişaf Proqramının Baş direktoru Azərbaycan Respublikasında aparılan sahəvi islahatları və Azərbaycanın DİM-lərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirmişdir.Azərbaycanda DİM-lərdən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını, qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunduğunu vurğulayaraq, bütün bu sadalananların ölkəmizin DİM-lərə nail olunmasında sərgilədiyi həssas yanaşmanın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. 

 

BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin hökumətlə çox səmərəli əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın digər region ölkələri üçün nümunə ola biləcəyini qeyd edən BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Spolyariç Eqqer Dayanıqlı inkişafa nail olunması istiqamətində həyata keçirilən layihələrdə BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47