Arxiv
19 İyul 2019, 14:22 | AKTUAL
Susmayan iki səs, yaxud soydaş sevdalılar

Abid Tahirli

 

Taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində məskunlaşan həmvətənlərimizin həyat, təfəkkür tərzi, cəmiyyətdəki yeri, rolu, maraq dairəsi, məşğuliyyəti, doğma Vətənlə əlaqələri, müstəqil Azərbaycan dövləti adına əməlləri, xidmətləri barədə yazılanlar hər bir oxucunu cəlb edən maraqlı, aktual mövzulardandır. Dünyanın əksər ölkələrində əməyi, zəkası, istedadı  sayəsində ad-san, nüfuz qazanan çox sayda həmvətənimiz yaşayır və onların tanıdılması təqdirəlayiqr, bir çox cəhətdən əhəmiyyətlidir. Bu cür insanlaryaşadıqları ölkələrdə milli, mənəvi dəyərlərimizin daşıyıcıları, təbliğatçıları olmaqla yanaşı, həm qürbətdə, həm də Vətəndə böyüməkdə olan nəsil üçün örnək, qürur yeridir. Harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqına, onun  dövlətçiliyinə, milli maraqlarına xidmət etmək mümkünlüyünün əyani göstəriciləridir.Onlar məskunlaşdıqları ölkələrdə xoşməramlı təmsilçilərimiz, eyni zamanda ölkəmizə, xalqımıza qarşı məkrli plan və niyyətlərə qarşı etibarlı sipərdir.

Bəs biz necə, həmin insanları kifayət qədər tanıyırıqmı? Fransada, Almaniyada,  İspaniyada, Kanadada, Şərqi Avropa və ərəb ölkələrində, lap elə qonşu, qardaş Türkiyədə yaşayan, yaradan,  istedadı, zəhməti hesabına tanınan, yaxud həmin ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan, elmi mərkəzlərində çalışan həmvətənlərimiz haqqında kifayət qədər məlumatlıyıqmı? Bu suallar ətrafında fikir yürütmədən Rusiya Federasiyasında və Amerikadakı həmvətənlərimizi ölkəmizdə  tanıtmaq və təbliğ etmək missiyasını öz üzərlərinə təmənnasız və könüllü götürmüş iki r fədakar qələm sahibi Ramin Məmmədov və Elman Eldaroğlu haqqında, onların bəhs etdiyimiz istiqamətdə fədakar fəaliyyətlərini qeyd etmək istərdik. 

Səriştəli publisist Ramin Məmmədovun qəhrəmanları  Rusiyada yaşayan, həyatını elmə, istehsalata, quruculuq və yaradıcılığa həsr etmiş Azərbaycan övladlarıdır. Uzun illər Rusiyada yaşayan və orada  milis zabiti kimi çalışan R.Məmmədov, eyni zamanda mətbuat vasitəsilə xalqımızın mənəvi, milli dəyərlərini təbliğ etmiş, ölkəmizin tarixi, ərazisi, əhalisi barədə rusdilli oxucuları məlumatlandırmışdır. Torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi uğrunda gedən Qarabağ müharibəsilə əlaqədar xidmətini dəyişib Vətənə qayıdan Ramin Məmmədov hərbi əməliyyatlar gedən bölgələrə dəfələrlə ezam olunmuşdu. Atəşkəs əldə edildikdən və ölkəmizdə sabitlik yaradıldıqdan sonra   məzuniyyəti dövründə Vətəndən uzaq düşən soydaşlarımızın üzdə olan və olmayan, dünyasını dəyişən, naməlum talelərinə işıq salan, eləcə də Qarabağ həqiqətlərinə dair dövri nəşrlərdə özünə yer tapan erməni saxtakarlığını ifşa edən yazıları qələmə almışdır. O, ailə büdcəsi hesabına, təmənnasız, böyük sevgi və duyğularla vaxtaşırı Rusiyanı şərqdən qərbə, şimaldan cənuba, bir sözlə son 20 ildə 100-ə qədər şəhəri gəzib-dolaşmış, maraqlı insanlarla, onların həyat və düşüncə tərzi ilə tanış olmuş, Azərbaycan diasporunun fəaliyyəti  və problemləri ilə yaxından maraqlanmış və bu məsələlərlə bağlı KİV- də sanballı məqalələrlə çıxış etmişdir.

Azərbaycan Jurnalistlər Birliyinin Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramin Məmmədovun 37 kitabı, yüzlərlə məqaləsi işıq üzü görmüşdür. Çoxsaylı  qəzet və jurnallarda onun Rusiya - Azərbaycan dostluq əlaqələrinə və Rusiyadakı diaspor təşkilatlarımıza həsr olunmuş elmi- publisistik yazıları böyük maraq doğurur. Bu yaxınlarda onun "Rusiyada Azərbaycan diaspor mətbuatı" adlı kitabı nəşr olunmuşdur.

 Elman Eldaroğlu” imzası ilə müxtəlif portallarda  dərc olunan yazıları maraqla izləyirəm. Onun Amerikada yaşayan elm, mədəniyyət,  sənət adamları haqqındakı məqalələri qürbətdəki həmvətənlərimiz haqqında zəngin təəssürat yaradır. Azərbaycan Jurnalistlər Birliyinin Azərbaycan Yazıçılar Birliyinin üzvü Elman səmimiyyət dolu sevgi və zövqlə yazır. Həmvətənlər haqqında yazmaq qərarına necə gəldiyini müsahibələrinin birində belə izah edir:- Mən azərbaycanlıyam, amerikalıların arasında hər bir azərbaycanlı mənə doğmadır. Əvvəlcə çox götür-qoy etdim. Ölkə böyük, əhalisi 330 milyona yaxın. Bu qədər insanın içindən azərbaycanlıları, özü də sıradan bir nəfər deyil, müxtəlif uğurlara imza atan, oxucular üçün də maraqlı olacaq soydaşlarımızı axtarıb tapmaq mənə çox çətin gəlirdi. Amma bir gün qərara aldım ki, köhnə peşəmi işə salım. Nə qədər ki, buradayam mən də xalq üçün faydalı iş görüm. İlk olaraq yaxından tanıdığım insanlardan yazdım. Gördüm ki, Azərbaycan mətbuatı maraqla bu yazıları dərc edir və buna həqiqətən də ehtiyac var. Sonra əhatəni genişləndirdim. 

Amerikada yaşadığı 4 il ərzində Elman bu ölkədə  məskunlaşmış 150 nəfərədək həmvətənimiz haqqında yazı qələmə almış, onları Azərbaycan ictimaiyyətinə təqdim etmişdir. Florida Universitetinin professoru Pərvin Muradova- Dilbazi və ailə üzvləri, "Minesota Azərbaycan Asossasiyası"nı təsisçisi Günel Musəvi , tanınmış alim İlqar Abbaszadə, Azərbaycanın Əməkdar artisti Telman Cəlilov, tibb sahəsində  nüfuzlu mütəxəssis, özəl klinika sahibi Oqtay Məmmədov, Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondunun rəhbəri Şahyar Danişgər,  memar-rəssam Yavər Rzayev, bloger Elman Kərimov və digərləri haqqında oçerkləri  ABŞ-dakı həmvətənlərimizin fəaliyyəti barədə maraqlı məlumat mənbəyidir. Elman bu mövzuda danışanda deyir ki, əslində, bu insanları nəinki Azərbaycan ictimaiyyətinə, həm də ABŞ-dakı azərbaycanlılara da tanıtdırıram. Ucsuz-bucaqsız ölkə, bu başında yaşayan, o biri başında yaşayandan xəbərsizdir. İndi özünüz təsəvvür edin ki, bu işin mahiyyəti nə qədərdir...

Mətbuat günü ərəfəsində Ramin Məmmədov  və   Elman Eldaroğluya yeni yaradıcılıq uğurları arzulayır, eyni zamanda bildiririk ki, Fransadan, Almaniyadan, Türkiyədən, İsveçdən, Danimarkadan, Polşadan, Finlandiyadan... da eyni missiyanı tükənmə enerji və sonsuz sevgi ilə  yerinə yetirən soydaşlarımızın fəaliyyətinə böyük ehtiyac var.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47