Modern.az

Sel Türkiyədə 7 can aldı

Sel Türkiyədə 7 can aldı

Aktual

19 İyul 2019, 21:28

Türkiyənin Cüzcə vilayətində sel və daşqınlar insan tələfatına səbəb olub.

Modern.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb. Onlardan 4-nün azyaşlı olduğu qeyd edilir.

Təbii fəlakət nəticəsində vilayətin 23 yaşayış məntəqəsi arasında əlaqənin də kəsildiyi bildirilir.

Qeyd edək ki, bundan öncə Trabzonda eyni səbəbdən 76 nəfər təxliyə edilmişdi, 3 nəfər isə həlak olmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü