Arxiv
2 Sentyabr 2019, 09:31 | ÖLKƏ
1 milyon 350 min nəfərin maaşı artdı

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub:

“Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır”.

Rəsmi məlumata görə, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.

İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20 Bakı-Məşhəd aviareysi açılır 12 Dekabr 2019, 21:07 Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51 ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq YENİLİK - VİDEO 12 Dekabr 2019, 20:20 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56