Modern.az

Mingəçevirdə iflic olaraq 10 saat köməksiz qalan xilas edildi

Mingəçevirdə iflic olaraq 10 saat köməksiz qalan xilas edildi

8 Sentyabr 2019, 21:32

İflic olaraq 10 saat köməksiz vəziyyətdə qalan Mingəçevir sakinin həyatı FHN əməkdaşları tərəfindən xilas edilib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseyn küçəsi, bina 20, mənzil 7 ünvanında baş verib.


Qohumların və qonşuların müraciəti əsasında FHN-in xilasetmə qrupu qapısı bağlı vəziyyətdə olan həmin ünvandakı mənzilə daxil olub. 1955-ci il təvəllüdlü Məmmədov Ramiz Abdulla oğlunu hərəkətsiz və ağır durumda aşkar edib. Dərhal hadisə yerinə Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.
İlkin müayinə zamanı məlum olub ki, o, qəfil iflic olduğundan heç kəsə xəbər verə bilməyib. O da məlum olub ki, ev sakini 10 saata yaxın köməksiz vəziyyətdə qalıb. Həyatı xilas edilən Mingəçevir sakini dərhal xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü