Arxiv
10 Sentyabr 2019, 13:05 | AKTUAL
Dəmirlə zəngin qidaların qəbulu nə üçün vacibdir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Dəmirlə zəngin qidaların qəbulunun orqanizmə faydası” haqqında olacaq.

 

Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Odur ki, dəmirlə zəngin qidaların qəbul edilməsi olduqca vacibdir.

 

Dəmir insan orqanizmi üçün faydalı elementlərdəndir. Bir çox qidalarda olsa da, bəzi məhsullara əlavə olunur və qida əlavə kimi istifadə edilir. Hemoqlobinin əsas tərkib hissəsi olmaqla eritrosit zülalına daxildir və oksigeni ağciyərlərdən toxumalara ötürməklə orqanizmi oksigenlə zənginləşdirir. Dəmir orqanizmi oksigenlə təmin edən digər miyoqlobin zülalının da əsas tərkib hissəsinə daxildir. O əzələdə mübadiləni dəstəkləyir və birləşdirici toxumanın sağlam inkişafına kömək edir.

 

Dəmir böyümə, nevroloji inkişaf, hüceyrələrin işləməsi və bəzi hormonların sintezi üçün də lazımdır. Qidada dəmir hem və qeyri-hem formasındadır. Bitki və dəmirlə zəngin olan qidalarda yalnız non hem dəmiri var. Ət, dəniz məhsulları və quş ətinin tərkibində həm hem, həm də qeyri-hem dəmiri olur. Nonheme dəmirinin qidada əsas qaynaqları qoz-fındıq, lobya, tərəvəz və taxıl məhsullarıdır.

 

Qidalarda dəmir ehtiyacının  təxminən yarısı çörək, dənli bitki və digər taxıl məhsullarından gəlir. Bundan başqa ana südündə yüksək miqdarda bioyararlı dəmir var. Lakin 4-6 aydan böyük uşaqların ehtiyaclarını ödəmək üçün bu kifayət etmir.  Odur ki, mütəxəssislər tərkibində dəmir olan qida məhsullarının istehlakını tövsiyə edirlər. Bunlar əsasən qaraciyər (ancaq hamiləlik zamanı istifadə edilməsi məsləhət deyil), ət, paxlalı bitkilər, qoz-fındıq, quru meyvələr, tam taxıllı məhsullar, alma, yumurta sarısı, kələm, qırmızı çuğundur, kök, sarımsaq, soğan, noxud, balıq və balıq məhsulları, səhər yeməyi üçün bərkidilmiş dənli bitkilər, soya unu, tünd-yaşıl yarpaqlı tərəvəzlərdir.

 

Nəzərə almaq lazımdır ki, dəmirin yüksək miqdarda qəbul edilməsinin əks təsirləri də var. Məsələn, normadan artıq dəmir qəbulu qəbizlik, halsızlıq, qusma və mədə ağrısı kimi xoşagəlməz hallar yaradır. Odur ki, dəmirin gündəlik qəbulu müəyyən edilən normanı keçməməlidir.

 

Dəmirin tövsiyə edilən gündəlik dozası

 

Əhali qrupu

Yaş

Ortalama günlük doza

Südəmər uşaqlar

0-0.5

6 mq

Südəmər uşaqlar

0.5-1

10 mq

Uşaqlar

1-3

10 mq

Uşaqlar

4-6

10 mq

Uşaqlar

7-10

10 mq

Kişi

11-14

12 mq

Qadın

11-14

15 mq

Kişi

15-18

12 mq

Qadın

15-18

15 mq

Kişi

19-24

10 mq

Qadın

19-24

15 mq

Kişi

25-50

10 mq

Qadın

25-50

15 mq

Kişi

51+

10 mq

Qadın

51+

10 mq

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb 16 Sentyabr 2019, 12:12 Azərbaycanda əhali sayı da artıb, boşanmalar da… - Rəsmi STATİSTİKA 16 Sentyabr 2019, 12:08 Azərbaycanda 10-dək müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılır 16 Sentyabr 2019, 11:39 Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi 16 Sentyabr 2019, 11:35 Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi 16 Sentyabr 2019, 11:31 Arif Əliyevin yeni saytında onlar işləyəcək - Baş redaktordan AÇIQLAMA 16 Sentyabr 2019, 11:28 Məhərrəm Quliyev müəllim və şagirdləri təbrik etdi 16 Sentyabr 2019, 11:25 Neftin qiyməti 100 dollara qədər arta bilər - SƏBƏB 16 Sentyabr 2019, 11:16 Teleradio Akademiyası müsabiqə elan edib 16 Sentyabr 2019, 11:10 Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDA 16 Sentyabr 2019, 10:47 Akademiklər Şəkidə iclas keçirdilər 16 Sentyabr 2019, 10:43 Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü 16 Sentyabr 2019, 10:16 Bu gün 4 rayonda qaz kəsiləcək 16 Sentyabr 2019, 09:55 Bu jurnalistlər övladlarını 1-ci sinfə APARDILAR 16 Sentyabr 2019, 09:35 Ermənilər kəndlərimizi atəşə tutdu 16 Sentyabr 2019, 09:28 Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan götürülübsə... – İqtisadçı ŞƏRHİ 16 Sentyabr 2019, 09:24 Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR... 16 Sentyabr 2019, 08:57 Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27 “Qarabağ” “Neftçi”yə şans vermədi 15 Sentyabr 2019, 23:05 Əli Həsənov Nuru paşadan yazdı: “Bakısız qalmış Azərbaycan...” 15 Sentyabr 2019, 22:49 Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - FOTOLAR 15 Sentyabr 2019, 22:27 “Səbail” “Keşlə”ni məğlub etdi 15 Sentyabr 2019, 22:09 Tərtərdə gənc ananın 3 övladı dünyaya gəldi 15 Sentyabr 2019, 21:55 Suriya-Türkiyə sərhədində partlayış: 12 ölü 15 Sentyabr 2019, 21:34 Qatar 67 nəfərin olduğu avtobusa çırpıldı 15 Sentyabr 2019, 21:20