Modern.az

Yaponiyada 60 ilin ən güclü tayfunu: 2 ölü, 90 yaralı

Yaponiyada 60 ilin ən güclü tayfunu: 2 ölü, 90 yaralı

Aktual

12 Oktyabr 2019, 23:41

Yaponiyada son 60 ilin ən şiddətlisi olacağı təxmin edilən "Hagibis" tayfunu səbəbindən ən azı 2 nəfər ölüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 90 nəfərdən çox adam yaralanıb.

Məlumata görə, itkin düşdüyü bildirilən 10 nəfərlə bağlı araşdırmalar isə davam edir.

Sürəti saatda 180 kilometrə çatan tufan səbəbindən bəzi ərazilərdə sürüşmə baş verdiyi və çayların daşdığı, leysan yağışları səbəbiylə 6 milyondan çox insanın təxliyə edildiyi qeyd edilib.

Bundan başqa, bazar ertəsinə qədər paytaxt Tokioya və ətraf şəhərlərə qatar və təyyarə reyslərinin əksəriyyətinin ləğv olunduğu bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü