Modern.az

Səməd Seyidov: “Onlar bunu da bacarmayacaqlar!”

Səməd Seyidov: “Onlar bunu da bacarmayacaqlar!”

22 Oktyabr 2019, 12:48

Milli Məclisin bugünkü iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 19 oktyabrda icazəsiz aksiyaya cəhd edənlərin Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq niyyəti güddüklərini də qeyd edib. Modern.az-ın məlumatına görə, deputat deyib: 

“Prezident İlham Əliyev Azərbaycanın maraqlarını yüksək səviyyədə beynəlxalq aləmdə qoruyur. Bir neçə gündən sonra Azərbaycan Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu destruktiv qüvvələr Azərbaycan-ABŞ münasibətlərini pozmaq istəyir. Ancaq buna nail ola bilməzlər, iki ölkə arasında yüksək səviyyədədir”.

Deputat söyləyib ki, Azərbaycan artıq dünyada qəbul olunan siyasət həyata keçirir:

“Ölkəmizin həyata keçirdiyi siyasət regiona inkişaf gətirir. Həmin qüvvələr Azərbaycan prezidentinin islahatlarına zərbə vurmaq istəyirlər, bunu da bacarmayacaqlar. Hesab edirəm ki, hamımız bu hadisələri seyr edərək, bir daha başa düşdük ki, ölkə başçısının həyata keçirdiyi siyasət xalqın siyasətdir və heç kim bunun qarşısını ala bilməz”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir