Modern.az

Dövlət komitələrinə ayrılan vəsaitin həcmi ARTIRILIR

Dövlət komitələrinə ayrılan vəsaitin həcmi ARTIRILIR

Aktual

25 Oktyabr 2019, 13:34

2020-ci ilin büdcə zərfinə əsasən bəzi dövlət komitələrinə 2019-cu illə müqayisədə daha çox vəsait ayrılıb.

 

Modern.az xəbər verir ki, 2020-ci ilin dövlət büdcəsindən Dövlət Statistika Komitəsinə 24187739 manat vəsait ayrılması nəzərdə tutulub. Bu, 2019-cu illə müqayisədə 143 faiz, yəni  7237725 manat çoxdur.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə isə 2020-ci ilin büdcəsindən 2243741 manat ayrılıb. Bu, 2019-cu illə müqayisədə 727412 manat, 148 faiz çoxdur.

 

Bundan əlavə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə isə 4589121 manat ayrılıb ki, bu da ötən illə müqayisədə 1975999 manat, yəni 175 faiz çoxdur.

 

Onu da qeyd edək ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə 3830949 manat pul ayrılması nəzərdə tutulur. Bu rəqəm 2019-cu illə müqayisədə 1173163 manat, yəni 144 faiz çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü