Arxiv
29 Oktyabr 2019, 00:09 | QARABAĞ
26 il  Zəngilansız ...

Bu gün Azərbaycanın daha bir rayonunun işğal günüdür. 

Modern.az xəbər verir ki, Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.  Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşən, qərbdə və şimal-qərbdə Ermənistan, cənubdan İran İslam Respublikası ilə həmsərhəd olan zəngilanın 710 kvadrat kilometr ərazisi işğal olundu. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən Zəngilan mühüm strateji və coğrafi əhəmiyyətə malik idi.


Əsas hissəsi dağlardan və çaylardan ibrət olan Zəngilan qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılarla zəngindir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən biri də bu rayonda yerləşir. İşğal dövründə Zəngilan rayonu eyni adlı şəhərdən, Micivan qəsəbəsindən və 81 kənddən ibarət olub. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min tom kitab saxlanılan 50 kitabxana fəaliyyət göstərib. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı- üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

Zəngilanın işğalı nəticəsində həm əlahiyə hər də dövlətə külli miqdarda ziyan dəyib. İşğaldan sonra Bakı-Micivan-Qafan dəmiryolu xəttinin keçdiyi Micivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

İşğaldan əvvəl rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddiillik musiqi məktəbi, tarix-diyarşünaslıq, daş abidələr və Xalqlar Dostluğu muzeyləri, mərkəzi kitabxana, uşaq kitabxanası, 65 kənd kitabxanası, mərkəzi rayon xəstəxanası, 4 kənd sahə xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 6 həkim ambulatoriyası, Mincivan dəmir yol xəstəxanası fəaliyyət göstərib. Rayonda tarixi-memarlıq abidələrindən dairəvi bürc (XIV əsr), türbə (1304-1305 illər), sərdabələr (XII - XIV əsrlər) qeydə alınıb. Ermənilərin irimiqyaslı hücuma hazırlaşması barədə əhalinin əvvəlcədən məlumatlandırılması rayonda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısını alıb. Mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıblar. Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb.

Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.

Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir. Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılıb. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top -Dəlləkli kəndləri istiqamətində Araza doğru enir. Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər  kimi materiallar var idi.

Qeyd edək ki, 1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur. Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunan bir ərazisi olur. 1967-ci ildə Zəngilana şəhər statusu verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabunçu sakini bıçaqla qətlə yetirilib 24 Oktyabr 2020, 11:05 Ermənistan bu dəfə Goranboy-Naftalanı atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 11:00 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - VİDEO 24 Oktyabr 2020, 10:55 Baş Nazir qərarına dəyişiklik etdi 24 Oktyabr 2020, 10:50 Kəlbəcərin təbii sərvətlərinin təhlili 24 Oktyabr 2020, 10:42 “Ərazilər dronla işğaldan azad edilmir, onu əsgərlər azad edir” - İlham Əliyev 24 Oktyabr 2020, 10:36 ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək 24 Oktyabr 2020, 10:30 Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 10:23 “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ 24 Oktyabr 2020, 10:15 Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib 24 Oktyabr 2020, 10:10 20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq 24 Oktyabr 2020, 10:05 Düşmənin zərbə pilotsuz uçuş aparatı ZƏRƏRSİZLƏŞDİRİLDİ 24 Oktyabr 2020, 10:00 Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib  24 Oktyabr 2020, 09:54 Neft yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 09:47 Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA 24 Oktyabr 2020, 09:40 Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi 24 Oktyabr 2020, 09:33 Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi 24 Oktyabr 2020, 09:25 Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistanın atdığı “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54