Modern.az

Azay Quliyev seçkidə inamlı qələbə qazandı

Azay Quliyev seçkidə inamlı qələbə qazandı

Qarabağ

2 Mart 2012, 14:39

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT qrupunda seçkilər keçirildi.
Modern.az xəbər verir ki, Şura sədri Azay Quliyevin də qatıldığı bu seçkilərdə qeydiyyatdan keçmiş 77 QHT nümayəndəsindən 75 nəfəri iştirak edib. Qrupdan Şura üzvlüyünə seçiləcək 3 namizəd yerinə 13 nəfər iddia edirdi.

QHT nümayəndələri qarşısında öz platformasını açıqlayan Şura üzvlüyünə namizədlərdən Aydın Əbilov (Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri), Etibar Əliyev (XXI Əsr Təhsil Mərkəzinin sədri), Salam Əliyev (Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara Dəstək İctimai Birliyinin sədri), Adil Əsədov (Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyinin sədri), Fariz Xəlilli (“Miras” İctimai Birliyinin sədri) və Cavid Camalov (namizəd Məhərrəm Zülfüqarlının – İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri -  təmsilçisi) son illər QHT sektorunun inkişaf templərini diqqətə çəkərək, Şuranın yaranmasını və QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsini ölkədə demokratik prinsiplərin ciddi təzahürü kimi dəyərləndirdilər. Onlar bu inkişafda Şura sədri Azay Quliyevin xidmətlərini vurğulayaraq, öz namizədliklərini onun xeyrinə geri götürdüklərini bəyan etdilər.

Azay Quliyev öz çıxışında namizədliyini onun xeyrinə geri götürmüş, eləcə də bu mühüm seçkilərə qatılmış bütün QHT təmsilçilərinə təşəkkür etdi və yenidən Şura üzvü seçiləcəyi təqdirdə ölkə QHT-lərinin inkişafı üçün var qüvvəsini səfərbər edəcəyini dedi.

Seçkilər 3 yerə 6 nəfər iddialı namizədin mübarizəsi şəraitində keçdi. İki namizəd eyni sayda - 6 səs topladığı üçün onların arasında püşkatma keçirildi və qalib müəyyənləşdirildi. Beləliklə, seçkilər aşağıdakı nəticələrlə yekunlaşdı:

1.      Quliyev Azay Əjdər oğlu (Milli QHT Forumu tərəfindən namizədliyi irəli sürülmüş) – 70 səs

2.      İskəndərov Sərdar Yusif oğlu (Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyinin sədri) – 8 səs

3.      Yusifli İlham Məmməd oğlu (Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının namizədi) – 6 səs   

Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının akt zalında mediaya açıq şəraitdə keçir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı