Modern.az

Ucarda 3 gün əvvəl bıçaqlanan şəxs öldü

Ucarda 3 gün əvvəl bıçaqlanan şəxs öldü

Aktual

10 Noyabr 2019, 15:09

Ucarda 3 gün əvvəl bıçaqlanan rayon sakini xəstəxanada ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Abbas Malik oğlu Feyzullayev ötən gün axşam saatlarında orada ölüb.

 

Qeyd edək ki, hadisə noyabrın 7-də axşam saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Fərzaliyev arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Fərzaliyevə 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü