Modern.az

Elşad Həsənov kollektivə təqdim olundu

Elşad Həsənov kollektivə təqdim olundu

Aktual

13 Noyabr 2019, 10:54

Yasamal Rayon İcra Hakimiyyətinin yeni başçısı Elşad Həsənov kollektivə təqdim olunub.

Modern.az xəbər verir ki, bu barədə Azvision.az-a  yeni icra başçısı özü məlumat verib. E.Həsənovu kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib. 

43 yaşlı icra başçısı ona göstərilən yüksək etimada görə Prezidentə təşəkkür edib: "Artıq iş başındayam. Cənab Prezidentin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Elşad Eldar oğlu Həsənov təyin olunub.

E.Həsənov bu təyinatadək Milli Məclisin Yasamal rayonundan seçilən deputatı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü