Modern.az

Bu şəxslər məsuliyyətə cəlb olunmalıdır - Hicran Hüseynova: “İş işdən keçəndən sonra nə isə edilir”

Bu şəxslər məsuliyyətə cəlb olunmalıdır - Hicran Hüseynova: “İş işdən keçəndən sonra nə isə edilir”

22 Noyabr 2019, 11:49

"Azərbaycanda social şəbəkələdə zorakılıq halları tanınmış ölkələrlə müqayisədə çox aşağıdır".

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O, qeyd edib ki, buna baxmayaraq cəmiyyətdə boşluq əmələ gəlib, bəzi insanlar qanuna hörmətlə yanaşmırlar:

 

"Bu şəxslər üçün xüsusi tədbirlər görülməlidir. Hüquq mühafizə orqanları bu sahədə nəzarəti artırmalıdır. Rayonlarda profilaktik iş aparılsa, qarşısını almaq olar. Amma iş işdən keçəndən sonra nə isə edilir, hadisə aktuallaşdırır. Erkən nikahlar da zorakılıq hallarına aiddir. Məsələn, hansısa rayonda toy olur. Gəlinlə bəyin yaşını hər kəs bilir. Artıq bu prosesdə iştirak edən şəxslər də məsuliyyətə cəlb olunmalıdır".

 

H.Hüseynova əlavə edib ki, müəllimlər erkən nikahların azaldılması sahəsində məsuliyyətlərini hələ də tam dərk etmirlər:

 

"Halbuki müəllimlər bu işlərdə daha fəal olmalıdırlar. İctimai qınaq belə məqamlarda vacibdir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü