Modern.az

Türkiyə xarici işlər nazirinin xanımı Maştağadakı ruhi-əsəb xəstəxanasına gəldi - FOTOLAR

Türkiyə xarici işlər nazirinin xanımı Maştağadakı ruhi-əsəb xəstəxanasına gəldi  - FOTOLAR

Aktual

13 Mart 2012, 19:05

Bu gün Beynəlxalq Yer Üzü Doktorlar Təşkilatı Və Türkiyənin Qadın  Sağlıqçılar Dərnəyinin bir qrup rəhbər heyəti millət vəkili Məlahət İbrahimqızının dəvəti ilə Maştağadakı əsəb və ruhi xəstəxanasında olub. Türkiyəli nümayəndə heyətinə Türkiyənin xarici işlər nazirinin həyat yoldaşı, həkim Sare Davudoğlu rəhbərlik edirdi. Sare Davudoğlu və türkiyəli həkimlər xəstəxanada daimi müalicə alan xəstələri müayinə edib, diaqnozlar qoyublar.

Millət vəkili Məlahət İbrahimqızı Modern.az-a deyib ki, bu cür xeyirxah layihələrdə məqsəd ictimaiyyətin diqqətini cəlb etməkdir.
”Bu o demək deyil ki, Azərbaycanda həkim yoxdur və ya problem var. İctimaiyyətdə belə tanınmış insanların   problemlərə qayğı göstərməsi cəmiyyətin hər bir üzvünə ismarıcdır. Bu şəfqətin, mərhəmətin insanlara tərbiyə nöqteyi nəzərdən daha çox təsiri var. Bu gün onlar Azərbaycana simvolik, qardaş məhəbbəti göstərmək məqsədi ilə gəliblər”.

Xəstələrin türk dilini yaxşı bildiyini, hətta  onlardan birinin Sare Davudoğluna türk dilində mahnı oxuduğunu deyən millət vəkili aksiya vasitəsilə dünyadakı terrora, konfiliktlərə, cinayətlərə bu cür sevgi, humanizm, mərhəmətlə cavab verildiyini qeyd edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Şahanə Rəhimli
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü