Modern.az

İcra başçısı şəhər gəzintisinə çıxıb - FOTOLAR

İcra başçısı şəhər gəzintisinə çıxıb - FOTOLAR

16 Dekabr 2019, 10:08

Goranboy rayon İcra Hakimiyyətinin başçısı bazar günü Goranboy şəhərində gəzintiyə çıxıb.

 

Bu barədə Modern.az-a Goranboy RİH-dən məlumat verilib. 

 

Bildirilib ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 15 dekabr 2019-cu il tarixdə, Goranboy şəhərinin Heydər Əliyev prospekti, S.Vurğun və Ü.Hacıbəyov küçələrində aparılan abadlıq işləri ilə tanış olub və burada aparılan işlərin sürətləndirilməsi üçün müvafiq tapşırıqlarını verib. S.Vurğun küçəsində, 2 mərtəbəli yaşayış binasının abadlaşan nümunəvi həyəti ilə tanış olan icra başçısı sakinlərlə də görüşərək onların müraciətlərini dinləyib.

 

Həmçinin, Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, ərazidə yerləşən qəzalı vəziyyətdə olan uşaq bağçasının binasına da baxış keçirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!