Arxiv
17 Dekabr 2019, 12:58 | AKTUAL
Həmkarları Qurban Qurbanovun uğursuzluğundan DANIŞDILAR - “Gəlin, Allahsız olmayaq”

Sosial şəbəkələr və ictimaiyyət arasında gedən müzakirələrdə “Qarabağ” futbol klubunun Azərbaycan daxilində inkişafı yüksək qiymətləndirilsə də, UEFA Avropa Liqasındakı uğursuzluğu narazılıq doğurub. “Qarabağ”ın Avroliqada zəif nəticə göstərməsini baş məşqçi Qurban Qurbanovla əlaqələndiriblər.

 

Modern.az saytının əməkdaşı cəmiyyətin narazılığına səbəb olan məsələni, Qurban Qurbanovun “Qarabağ”dakı fəaliyyətini sabiq baş məşqçilərdən sorğulayıb.

 

“Qarabağ”ın keçmiş baş məşqçisi Ağasəlim Mircavadov bildirib ki, “Qarabağ” hər il Avropa Liqasına çıxır:

 

“Məgər bu inkişaf deyil?! Peşəkar məşqçi digər məşqçinin arxasınca söz danışmır, həmişə onun tərəfində olur. Bu aksiomadır. Ona görə də mənim fikirlərim fərqlidir. Mən düşünürəm ki, əgər məşqçi klubu Avropa Liqasına çıxara bilirsə deməli o, əsl məşqçidir. SSRİ hakimiyyəti dövründən mən belə tərbiyə görmüşəm ki, bir məşqçinin digərinin arxasınca danışmaz, indikilər necədir bilmirəm”.

 

“Xəzər-Lənkəran”ın keçmiş baş məşqçisi Yunis Hüseynov bildirib ki, klub və ya Qurban Qurbanov haqqında fikir söyləməsi düzgün olmaz:

 

“Mən sosial şəbəkələri izləmirəm, amma qeyd etmək istəyirəm ki, “Qarabağ” elə olub ki, uğur qazanıb, bəzən də qazanmayıb. Mənim durub “Qarabağ”ın zəif nöqtəsini, nəyin çatışıb-çatışmadığını deməyim etik qaydalara uyğun olmaz”.

 

Yunis Hüseynov qeyd edib ki, “Qarabağ”ın Avroliqadakı çıxışı qənaətbəxşdir:

 

“Azərbaycan futbolunun üstünlüyündən biri budur ki, bizim klublarımız Avroliqada çıxış edir. Bunu mən nəinki “Qarabağ”a, bütün klublarımıza arzu edirəm. Arzu edirəm ki, hər il Azərbaycan futbol klublarının hamısı Avroliqada çıxış etsin”.

 

“AZAL”ın keçmiş baş məşqçisi Vaqif Sadıqov Qurban Qurbanov haqqında irəli sürülən iradlara qarşı kəskin reaksiya verib:

 

“Gəlin, Allahsız olmayaq. Qurban Qurbanovun Avropa Liqasındakı nailiyyətləri onu göstərir ki, o, hal-hazırda ən güclü “Qarabağ” komandasını yaradıb. Ən vacib məsələ isə, son 6 ildə Avropada səs salan “Qarabağ” layihəsi həyata keçirilir. Vaxt var idi ki, biz Avroliqada çıxış edəndə 1 xal üçün sevinirdik. Sonra sevinirdik ki, bir mərhələ keçək. Daha sonra bizim bir iddiamız var idi ki, qrupa vəsiqə qazanaq. İndi də qrupdan çıxmaq istəyirik. Bu yaxşıdır, hədəflərimiz də budur. İnanın ki, hamımız bunu istəsək, bir olsaq və səbrimiz çatsa ona da nail olacağıq. Bu gün “Qarabağ” da o yoldadır ki, Azərbaycan futbolunu, “Qarabağ layihəsi”ni layiqincə Avropada təmsil edib, böyük uğura imza atmaq üçün irəliləyib. Biz istədiyimiz nailiyyətlərə Allahın izni ilə, tez bir zamanda gələcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağdamın Salahlı Kəngərli kəndi - VİDEO 23 İyun 2021, 12:52 Yanğına görə aeroport yolunda sürət həddi endirildi 23 İyun 2021, 12:48 Taqanroq diviziyasının igid döyüşçüsü Şamil Yadigarov - FOTOLAR 23 İyun 2021, 12:43 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI 23 İyun 2021, 12:40 Keçmiş mətbuat katibi HƏBS EDİLİB 23 İyun 2021, 12:35 Emin Əmrullayev Bakı Ali Neft Məktəbində   23 İyun 2021, 12:34 Prezident BMT-nin ali nümayəndəsini qəbul edib  23 İyun 2021, 12:30 Sinoptiklərin hava xəbərdarlığına görə HƏKİM MƏSLƏHƏTİ 23 İyun 2021, 12:25 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib 23 İyun 2021, 12:20 Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:11 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39 UNEC-in növbəti beynəlxalq konfransı 23 İyun 2021, 10:33 ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ 23 İyun 2021, 10:27 Azərbaycan nefti 76 dollara yaxınlaşır 23 İyun 2021, 10:22 Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir 23 İyun 2021, 10:17 Nazirlik “BİZON energy” içkisi ilə bağlı araşdırmaya başladı 23 İyun 2021, 10:11
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?