Modern.az

Parlament seçkisində iştirak edən partiyaların sayı 15-ə çatdı - SİYAHI

Parlament seçkisində iştirak edən partiyaların sayı 15-ə çatdı - SİYAHI

20 Dekabr 2019, 16:29

9 fevral 2020-ci il tarixinə təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 15-ə çatıb.

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha 4 partiyanın - Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Beləliklə, siyasi partiyalar aşağıdakılardı:


Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası və “Ana Vətən” Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü