Modern.az

Eks-deputat qızının seçkilərdə iştirakına AYDINLIQ GƏTİRDİ

Eks-deputat qızının seçkilərdə iştirakına AYDINLIQ GƏTİRDİ

1 Yanvar 2020, 16:10

Beşinci çağırış Milli Məclisin depuatı olmuş Tahir Süleymanov  2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının budəfəki yeni namizədlər siyahısında Tahir Süleymanovun adı  yer almayıb.

O saytımıza açıqlamasında Yeni Azərbaycan Partiyasının qərarına hörmətlə yanaşdığını deyib:

“Partiyamızın və onun sədrinin qərarı müzakirə olunmazdır. Partiyanın hər bir qərarı mənim üçün əsasdır. Başqa söhbət ola bilməz”.

 

Tahir Süleymanov qızının müstəqil namizəd olaraq seçkilərə qatılacağı xəbərlərinə də münasibət bildirib:

“Qızımın deputatlığa namizədliyini verməsi xəbəri yalandır. Kimlərsə yalandan şaiyə buraxıblar. Həmin dairədən bir nəfərin namizədliyi irəli sürülüb. Kim seçiləcəksə, ona uğurlar arzulayıram”.

 

Qeyd edək ki, mətbuatda Tahir Süleymanovun yerinə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən onun yeganə övladı - Kəmalə Süleymanovanın iştirak edəcəyi barədə məlumatlar yayılmışdı. İxtisasca həkim olan eks-deputatın qızı uzun illər Şabran rayon xəstəxanasında baş həkimin müavini çalışır.

Tahir Süleymanov ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, Yeni Azərbaycan Partiyasının üzvü kimi parlamentdə 54 saylı Şabran-Siyəzən seçki dairəsini təmsil edirdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir