Modern.az

UNEC beynəlxalq reytinqdə liderdir

UNEC beynəlxalq reytinqdə liderdir

27 Yanvar 2020, 12:42

Webometrics reytinq təşkilatının 2020-ci ilin yanvar ayında açıqladığı “Şəffaflıq Reytinqi - Google akademik istinadlarına görə ən yaxşı universitetlər” (Transparent Ranking: Top Universitiesi by Citations in Top Google Scholar profiles) reytinqinə əsasən UNEC Azərbaycanda liderdir.

 

UNEC-dən Modern.az-a bildirilib ki, reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 1821 istinad edilib. UNEC əldə etdiyi nəticə ilə Truman State University, Lincoln Memorial University, Norfolk State University, Claremont Colleges, University of South Carolina Upstate, Indiana University Kokomo, Hampshire College, Northcentral University (ABŞ), Trinity Western University, Saint Thomas University (Kanada), Robert Gordon University (Birləşmiş Krallıq) kimi Qərbi Avropa və Amerika universitetlərini qabaqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu