Modern.az

Abdullah Gül: “Dondurulmuş münaqişələr həll olunmalıdır”

Abdullah Gül: “Dondurulmuş münaqişələr həll olunmalıdır”

Təhsil

5 Yanvar 2010, 12:15

Türkiyə dondurulmuş münaqişələrin həlli məsələsini gündəliyə çıxarıb. Modern.az CNN Turk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Abdullah Gül bəyan edib. Dövlət başçısı qeyd edib ki, Ankara Ermənistanla münasibətlərin nizamlanması üzrə sakit,  lakin fəal iş aparır.  Onun qənaətincə, Türkiyə- Ermənistan münasibətlərinin normallaşması ilə Türkiyənin Avropa Birliyinə daxil olması məsələləri arasında hər hansı bağlılıq yoxdur.  Gül əlavə edib ki, Türkiyə üçün Qafqazda sülh və sabitlik  böyük əhəmiyyət daşıyır.  Onun sözlərinə görə, Qafqaz Qərb arasında sədd olmamalı, dondurulmuş münaqişələr isə həll olunmalıdır.  

 

“Qafqazda vəziyyətin normallaşmasında bir çox ölkələr, əlbəttə ki, ilk növbədə Rusiya maraqlıdır.  Son vaxtlar Rusiya bu regionda diplomatik fəaliyyətini gücləndirib. Düşünürəm ki, son nəticədə biz  hansısa qərara yetişəcəyik”-deyə Gül bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır