Modern.az

Zavod direktorunun otağından oğurluq edən şəxs saxlanıldı

Zavod direktorunun otağından oğurluq edən şəxs saxlanıldı

Aktual

21 Fevral 2020, 13:55

Bakıda çörək zavodunun direktorunun otağından qeyri-aşkar şəraitdə oğurluq edən şəxs saxlanılıb.

 

Bakı şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək sexinin direktorunun xidməti otağından 4 min manat pulun oğurlaması barədə “102 Zəng Xidməti”nə müraciət daxil olub.

 

Həmin müraciət əsasına Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər CM-nin 177, 180, 185 –ci maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1997-ci il E. Həsənov müəyyən edilərək saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub