Modern.az

Barak Obama Amerika kəşfiyyatını tənqid edib

Barak Obama Amerika kəşfiyyatını tənqid edib

Dünya

6 Yanvar 2010, 10:53

Amerika prezidenti Barak Obama Ağ Evdə Təhlükəsizlik Şurasının iclasını keçirib. Modern.az BBS-yə istinadən xəbər verir ki,  prezident 2 saat davam etmiş iclasda Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) tənqid edib. Onun sözlərinə görə, MKİ ötən həftə Amsterdam – Detroyt reysi ilə uçan təyyarəni partlatmağa cəhd etmiş nigeriyalı barədə kifayət qədər məlumata malik olub.

"Lakin kəşfiyyat xidmətləri onu vaxtında dayandıra bilməyiblər"-deyə Obama bildirib. Ölkənin bütün təhlksizlik qurumlarının iştirakı ilə keçirilən iclasdan sonra Obama  kəşfiyyatın

uğursuzluğunu qəbul edilməz və potensial olaraq təhlükəli adlandırıb. Obama uğursuz terror cəhdini MKİ üçün bağışlanmaz  xəta adlandırıb və qeyd edib ki,  ölkə bu fəlakətdən güc-bəla canını qurtarıb.    

 

Onun təbirincə, Detroytdakı insident və “Əl-Kaidə”nin fəalığı göstərib ki, ABŞ daima təhlükəsizlik tədbirlərini təkmilləşdirməlidir.

" Bizim müzakirələrimiz və atdığımız addımlar 21-ci əsrin tələblərinə uyğun təhlükəsizlik və kəşfiyyat strukturunu müəyyən edir. “Əl-Kaidə” zərbə endirmək üçün daimə öz səylərini inkişaf etdirir, yeni imkan axtarır. Bu səbəbdən onları məğlub etmək üçün səylərimizi artırmalıyıq və təkmilləşdirməliyik". Obama qeyd edib ki, “Əl-Kaidə” harada kök atarsa, ona qarşı əməliyyatlar davam etdiriləcək.

 

Obama onu da bəyan edib ki, Quantanamo həbs düşərgəsi bağlanacaq. Onun sözlərinə görə,   

son terror cəhdi  Ağ Evin Quantanamo həbs düşərgəsini bağlamaq planlarına təsir etməyib.

" Biz razılaşdırdıq ki, hazırki vəziyyəti nəzərə almaqla Yəmənə hazırda əlavə məhbus köçürülməyəcək. Lakin Quantanamo düşərgəsi  bağlanacaq. Bu elə bir yolla ediləcək ki, Amerika təhlükəsizliyinə və müdafiəsinə zərər dəyməsin".

Bu arada Ağ Ev bildirib ki, Detroytda təyyarəni partlatmağa cəhd edən Nigeriyalı vətəndaş müstəntiqlərə mühüm kəşfiyyat xarakterli məlumatlar verib.

Ağ evin sözçüsü Robert Gibbs Federal Təhqiqat Bürosunun müstəntiqlərinin saatlarla nigeriyalı vətəndaşı sorğu-suala tutduqlarını deyib.  

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü