Modern.az

“Təəssüf ki, bu əməyimizin nəticəsi yoxdur” – Elman Məmmədov

“Təəssüf ki, bu əməyimizin nəticəsi yoxdur” – Elman Məmmədov

Ölkə

8 Mart 2020, 17:43

Martın 31-də ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında “prezident və parlament seçkiləri” keçirəcəklər.

 

Beynəxalq ictimaiyyətin Azərbaycan ərazisi kimi tanıdığı yerlərdə qondarma seçki keçirmək elə beynəlxalq hüquq prinsiplərinə də ziddir.

 

Bu barədə Modern.az-a danışan Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü, deputat Elman Məmmədov bildirib ki, qanunsuz seçkilərin qarşısını almağın yolu torpaqlarımızın işğaldan azad edilməsindən keçir:

 

“1991-ci il sentyabr ayının 2-də həmin cinayətkarlar qondarma rejimin yaradıldığını elan etdilər. Həmin vaxtdan etibarən qondarma Dağlıq Qarabağ heç bir beynəlxalq qurum, dövlət tərəfindən tanınmasalar da, separatçı, işğalçı olduqları halda bildiklərini edirlər. Biz isə bu illər ərzində beynəlxalq təşkilatlara, xarici qüvvələrə bəyanat verərək, etiraz edirik, ermənilərin fitnələrini çatdırmağa çalışırıq. Amma bu cəhdlərimizin, əməyimizin təəssüf ki, nəticəsi, təsiri olmayıb. Cinayətkarlar yenə bildiklərini etməkdə davam edirlər. İndi isə işə keçməyin vaxtıdır. Azərbaycan Ordusu, Azərbaycan əsgəri sözünü deməlidir. Bütün bu qeyri-qanuni əməllərin qarşısını almalı, cinayətkarların daha artıq ayaq açmaması üçün onları məhv etməliyik. Azərbaycanın ərazi bütövlüyü təmin olunduqda azad edilmiş torpaqlarımızda bizim qanunlarımız qüvvəyə minəcək. Biz ərazilərimizi geri qaytardıqdan sonra beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, orda seçki də keçirəcəyik, referendum da. Ümidlə gözləyirəm ki, 2020-ci ildə biz bu istiqamətdə əməli addımlara başlayacağıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü