Modern.az

Bu gündən abituriyentlərin elektron ərizələrinin təsdiqi başlayıb

Bu gündən abituriyentlərin elektron ərizələrinin təsdiqi başlayıb

16 Aprel 2012, 10:18

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  aprelin 16-dan etibarən abituriyentlər “Elektron ərizə"lərini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirəcəklər.

Qeyd edilib ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 10-dan etibarən internet vasitəsilə elektron ərizə doldururlar. Bu proses üçün ayrılan müddət mayın 16-da başa çatacaqdır.

Qaydalara uyğun olaraq abituriyentlər elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirirlər.

TQDK abituriyentlərin diqqətinə çatdırır ki, ərizələrini qeyd olunan müddət ərzində SQK-da təsdiq etdirməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.

Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlərin siyahısı 2012-ci il üzrə “Abituriyent” jurnalının 2-ci sayında dərc olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü