Modern.az

Ağdam və Cəbrayıl torpaqlarını talayan, Şuşanın işğalının “iştirakçısı” - Separatçıların yeni lideri KİMDİR?  

Ağdam və Cəbrayıl torpaqlarını talayan, Şuşanın işğalının “iştirakçısı” - Separatçıların yeni lideri KİMDİR?  

Qarabağ

1 Aprel 2020, 15:48

Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında qanunsuz “seçkilər” baş tutdu. Dünya birliyinin legimliyini tanımadığı “seçki şousu”da separatçı rejimin sabiq “baş naziri” Araik Arutunyan ilk turda 49,2% “səs” toplayaraq 14 apreldə keçiriləcək təkrar “səsvermə”də əsas favorit olacağını göstərdi.

 

Əksər ekspertlər Qarabağın ən zəngin adamı sayılan Araik Arutunyanın seçkilərdə qələbə qazanacağına əminlik ifadə edir.  

 

 

Modern.az Qarabağ separatçılarının potensial yeni liderinin bioqrafiyasını təqdim edir.

 

Araik Arutunyan Dağlıq Qarabağda ən zəngin şəxslərdən biri sayılır. O 1973-cü il dekabrın 14-də Azərbaycanln Xankəndi şəhərində anadan olub. 1990-cı ildə isə riyaziyyat təmayüllü Xankəndi məktəbini bitirib və Yerevan Kənd Təsərrüfatı İnstututuna daxil olub.

 

 

Separatçıların yeni liderinin bioqrafiyası bu yerdə qaranlıq məqamlara bürünür. Belə ki, onun Dağlıq Qarabağ münaqişəsinin hərbi fazaya keçdiyi günlərdə Yerevandan Qarabağa gələrək hərbi əməliyyatlara qatıldığı söylənilir.

Amma onun cəbhənin hansıə istiqaməyində döyüşdüyü və xidmət etdiyi qoşun növü barədə heç bir məlumat yoxdur. Əvəzində Araik Arutunyanın “Şuşanın azad edilməsinə görə” adlı qondarma medal və 2-ci dərəcəli “Döyüş Xaçı” ilə mükafatlandırıldığı söylənilir. Bu medalları isə o yalnız 2009-cu ildə, işğal altındakı torpaqlarda siyasi və iqtisadi təsirini artırdığı zaman almışdı.

 

 

Arutunyan 1994-cü ildə Yerevandan Xankəndində yerləşən “Artsax dövlət universiteti”nə köçürülür və 1995-ci ildə iqtisadiyyat” üzrə təhsilini başa vuraraq bank sektorunda çalışır. Bu müddət maliyyə nazirinin müavini olur və 2005-ci ildə qondarma rejimin “parlament”nə deputat seçilir. O, “Azad vətən” partiyası yaradaraq siyasi və iqtisadi fəaliyyətini genişləndirir. 2007-ci ilin sentyabrında isə gözlənilmədən 34 yaşında “baş nazir” olur. Bu qondarma postda qaldığı 11 il ərzində o, Dağlıq Qarabağ və ətraf rayonlarda möhkəm siyasi-iqtisadi dayaqlar yaradır, iri mülkədar və biznes sahibi olur.

 

Araik Arutunyan kasıb Qarabağda böyük sərvət sahibi olması ilə bağlı tez-tez tənqidlərə məruz qalır. Yerli sakinlər onu bizneslə siyasəti birləşdirərək sərvət toplamaqda, uzun illər Serj Sarksiyan və Robert Koçaryanın komandasında yer alaraq, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişindən sonra dərhal düşərgəsini dəyişməkdə ittiham edir.

 

 

Böyük sərvətə sahib olmasını Araik Aruyunyan belə izah edirdi.

 

“Mən hələ 1997-ci ildə kənd təsərrüfatı biznesinə başlamışam. Əsas gəlir sahəm Ağdam və Cəbrayılda becərilən torplaq sahələridir. Mən Qarabağ ətrafındakı rayonlarda təsərrüfatla məşğul olmağa davam edəcəm”.

 

Arutunyan 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun işğaldakı torplaqları azad etməsinə görə ciddi maliyyə itkiləri ilə üzləşdiyini də demişdi.

“Döyüşlərdən dolayı Cəbrayıl istiqamətində təmas xəttinə yaxın 40 hektar sahədən istifadə edə bilmirəm. Söhbət çox böyük maliyyə məbləğlərindən gedir”-deyə Arutunyan demişdi.

 

O, Xankəndindəki “Nairi” univermağının, Xocavənddə şərab zavodunun sahibi olduöunu da təsdiqləyib. Qarabağda ona məxsus şirkətlərdə və torpaq sahələrində 2 minə qədər insanın çalışdığı təxmin olunur.

 

 

Araik Arutunyanın evli və 3 qız övladına sahib olduğu məlumdur. 47 yaşlı siyasətçi separatçı Qarabağ rejiminin Azərbaycanla sülh danışıqlarında tərəf olmasını istəyir. Paralel olaraq, o, Azərbaycana heç bir torpaq güzəştinin olmamasına və işğal olunmuş bütün torplaqların əldə saxlanbılmasına tərəfdardır.

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı