Arxiv
2 Aprel 2020, 19:58 | ÖLKƏ
Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ölkədə ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə qərar verib:

Modern.az-ın məlumatına görə, yeni qərar aşağıdakıları özündə ehtiva edir:

1. Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə (2020-ci il 31 mart - 20 aprel) ölkə ərazisində aşağıdakı xüsusi iş (əmək) rejimi tətbiq edilsin:
 

1.1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin;

1.2. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər və cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər;

1.3. dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın;

2 1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin;

1.5. imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin;

1.6. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

2. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilsin.

3. Bu Qərar 2020-ci il 31 mart tarixindən qüvvəyə minir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30