Modern.az

Estoniyada fövqəladə vəziyyət rejimi ləğv olunur

Estoniyada fövqəladə vəziyyət rejimi ləğv olunur

Dünya

17 May 2020, 17:01

Estoniyada koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən fövqəladə vəziyyət rejimi 17 maydan ləğv edilir.

 

Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu baş nazir Yuri Ratasa bəyan edib.

 

O vurğulayıb ki, fövqəladə vəziyyət rejiminin ləğvi pandemiyanın yayılması ilə əlaqədar qoyulmuş bütün qadağaların aradan qaldırılması demək deyil.

 

Xüsusilə, restoranların, barların və kazinoların fəaliyyəti, habelə idman yarışların tamaşaçılarla keçirilməsi bağlı məhdudiyyətlər qüvvədədir.

 

Qeyd edək ki, Latviya, Estoniya və Litva xarici sərhədlərini bağlı saxlayaraq öz aralarında daxili sərhədləri açmağa qərar veriblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı