Modern.az

Ukraynada öldürülən İqbal Mahmudov Masallıda dəfn olundu

Ukraynada öldürülən İqbal Mahmudov Masallıda dəfn olundu

Aktual

11 May 2012, 14:11


Ukraynada öldürülən Azərbaycan diasporunun tanınmış simalarından olan 34 yaşlı İqbal Mahmudov bu gün Masallı rayonunda torpağa tapşırılıb. Bunu Modern.az-a açıqlamasında Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirib.

“Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov və komitənin digər əməkdaşları cənazənin qarşılanmasında iştirak ediblər. Hal-hazırda dəfn mərasimində iştirak edirlər”.

İstinaq işlərində yeniliyin olmsanına gəlincə, komitə rəsmisi Ukrayna hüquq- mühafizə orqanları tərəfindən əməliyyat-istintaq tədbirlərinin davam etdiyini deyib.

Qeyd edək ki, Donetsk Azərbaycanlıları Konqresinin sədri İ.Mahmudov mayın 9-da Makiyevka şəhərində Böyük Vətən müharibəsi veteranları ilə görüşə gedən zaman 2 naməlum şəxsin açdığı atəş nəticəsində qətlə yetirilib.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı