Modern.az

Ermənistanda Azərbaycan dilində dərslik çap olundu

Ermənistanda Azərbaycan dilində dərslik çap olundu

14 May 2012, 18:00

Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanda ilk dəfə Azərbaycan dilində dərslik nəşr edilib. İrəvan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professoru Lilit Movsisyanın “Azərbaycan dili” adlı kitabının mayın 14-də təqdimat mərasimi keçirilib.

Müəllif kitabla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan müstəqillik qazandıqdan sonra bu ölkədə Azərbaycan dilinin strateji əhəmiyyəti artıb.

“Qonşumuz olan Azərbaycan dilinin araşdırılması və öyrənilməsinin bizim üçün çox böyük elmi və siyasi əhəmiyyəti var. Bu istiqamətdə bundan sonra da işlərin görülməsi nəzərdə tutulur. Qeyd edim ki, bu kitab görülən işlərin bariz nümunəsidir”-deyə erməni alim qeyd edib.

Bu zamana kimi Ermənistanda ilk dəfədir Azərbaycan dilində dərslik çap olunur.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü