Modern.az

Azay Quliyev “Sərhədsiz Reportyorlar” Təşkilatının təmsilçisi ilə görüşüb

Azay Quliyev “Sərhədsiz Reportyorlar” Təşkilatının təmsilçisi ilə görüşüb

Təhsil

17 May 2012, 18:17

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Sərhədsiz Reportyorlar” Təşkilatı İdarə Heyətinin mədəniyyət üzrə məsul təmsilçisi cənab İngo Petzlə görüşüb. Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, A. Quliyev ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsi sahəsində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə qonağı məlumatlandırıb. Görüşdə, həmçinin, Azərbaycan reallıqlarının xarici mətbuatda işıqlandırılması zamanı istinad edilən mənbələrlə bağlı fikir mübadiləsi aparılıb. A. Quliyev Şuranın Azərbaycan haqda obyektiv informasiya mənbələrindən biri kimi daim beynəlxalq əməkdaşlığa hazır olduğunu, eləcə də bu yöndə müsbət təcrübə əldə etdiyini vurğulayıb. Görüşdə Şura ilə “Sərhədsiz Reportyorlar” Təşkilatının müvafiq strukturları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib. 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır