Modern.az

“Azərbaycan pandemiyaya qarşı təkbaşına mübarizə aparmağı bacarır” - Deputat

“Azərbaycan pandemiyaya qarşı təkbaşına mübarizə aparmağı bacarır” - Deputat

Aktual

12 İyun 2020, 16:44

“Dünya dövlətləri bəşəri bəla ilə mübarizədə bir çox çətinliklərlə üzləşəndə, müxtəlif ölkələrdən kömək istəyəndə, Azərbaycan pandemiyaya qarşı özünün vaxtında qəbul edilmiş qərarları nəticəsində təkbaşına mübarizə aparmağı bacarır”.

 

Bu barədə Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım danışıb. O qeyd edib ki, eyni zamanda, Azərbaycan hökuməti dar gündə öz köməyini əsirgəmədi, Ümumdünya Səhiyyə Təşkilatına, müxtəlif dövlətlərə yardım etdi:

 

“Beləliklə, Azərbaycan pandemiya dövründə beynəlxalq təşkilatlar vasitəsilə 29 ölkəyə humanitar yardım göstərdi və bununla bir çox ölkələrə də nümunə ola bildi. Bu çətin günlərdə

 

Azərbaycanın humanizmi, xeyirxahlığı, nümunəvi davranışı ən yüksək səviyyədə qiymətləndirilir. BMT-nin Baş katibi Antonio Quterreşin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamatın bildirdikləri kimi hazırda çətin günlərdə bəşəriyyətin bu sınaqdan çıxmasında qətiyyətli addımlar atan və prosesə öncülük edən Azərbaycanın oynadığı rol əvəzsizdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü