Modern.az

Bakıda 38 dərəcə isti olacaq

Bakıda 38 dərəcə isti olacaq

Təhsil

12 İyun 2012, 12:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-21, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 isti olacağı gözlənilir.

İyunun 13-dən 16-dək Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bununla yanaşı, gündüz saatlarında isti diskomfort şərait gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır