Modern.az

Azərbaycanda olan İraq nümayəndə heyəti cəbhə bölgəsinə gedib

Azərbaycanda olan İraq nümayəndə heyəti cəbhə bölgəsinə gedib

16 İyun 2012, 13:06

“Avrasiya  Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi”  adlı bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamıza gəlmiş İraq –Türkmən nümayədə heyəti 15 iyun Milli Qurtuluş günü münsibətilə ön cəbhə rayonlarımzdan olan Tovuz rayonuna səfər etmişlər.

Rayonun mərkəzi parkında 15 iyun Qurtuluş günü ilə əlaqədar möhtəşəm bayram şənliyi tərtib edilmişdi. Tədbirdə rayon ictimaiyyəinin çoxsaylı nümayəndələri, o cümlədən rayonun ziyalıları, ictimai xadimləri də iştirak etmiş, İraqdan gələn nümayəndə heyətinin üzvləri ilə daha yaxından tanış ola bilmiş və gələcəkdə də əlaqələrin inkişafı yönümündə fikir mübadiləsi də aparmışlar.  

 Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov İraqdan gələn dəyərli qonaqlara, millət vəkili Qənirə Paşayevaya və tədbir iştirakçılarının hər birirnə öz salam və ehtiramını bildirəndən sonra 15 iyun Qurtluş gününün tarixi xronologiyaslından danışmış, liderimiz Heydər Əliyevin daxili siyasətinin önəmli məqamlarından bəzi faktları da vurğulamışdı. İH başçısı Tofiq Zeynalov ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra hərc-mərcliyin, başıpozuqluğun aradan qaldırıldığını, vahid komandanlığa tabe olan nizami ordu quruculuğunun həyata keçirildiyini vurğulamışdır. O, Milli Qurtuluş günü ərəfəsində kərküklü soydaşlarımızın iştirakı ilə bayram şənliyinin keçirilməsini  ikiqat bayram kimi dəyərləndirmişdir.

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva sözə ilk olaraq tədbirə gələn bütün qonaları salamlamaqla başladı : “İraqdan gələn nümayəndə heyəti bu bayramı məhz sizinlə qeyd etmək üçün bura səfər etmişlər və qeyd edim ki, onlar da öz vətənlərinə, öz qardaş və bacılarının yanına gəliblər. Çünki biz hamımız bir millətin övladlarıyıq. Bizim dilimiz, dinimiz, ağrı acılarımız, xoş günlərmiz, hətta bayramlarımız belə ortaqdır. Bu gün Azərbaycan üçün çox önəmli bir tarixi gündü. Çünki Azərbaycanın tarxində çox şeylər yaşanmış və görünmüşdür. Azərbaycanın bugünki inkişafı və yüksəlişi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə gəlişindən sonra Azərbaycan parçalanmaqdan xilas oldu. Azərbaycan bir dövlət kimi də çox sürətlə inkişaf etməyə başladı. Bu gün qardaş Türkiyə üçün də çox önəmli oldu. Çünki ümummili Heydər Əliyevin hakimiyyyətə gəlişindən sonra o, Azərbaycan üçün ən vacib bir məsələni,  “ Bİr millət , iki dövlət “ fikrini də tarixin yaddaşlarına yazdı. Ona görə də bu bayram Türkiyədən, İraqdan  gələn qonaqlarımız üçün də çox önəmlidir “

Ümummilli lider Heydər Əliyevin “tarixi araşdırarkən gördüm ki, Quzey Azərbaycan da,  Güney Azərbaycan da, İraq türkmanları da bir bütövün parçalarıdır” sözlərini xatırladan millət vəkili Qənirə Paşayeva bütün iştirakçıları “bayrama qarışan bayram” münasibəti ilə də təbrik etdi. Sonra millət vəkili İraqdan gələn nümayəndə heyətinin hər birini rayon ictimaiyyətinə tanıtmaq üçün geniş məlumat verib.

“Son olaraq deyim ki, arzum budur ki, gələn il belə bir bayramı məhz işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda birlikdə qeyd edək” – deyə Qənirə Paşayeva bildirdi.

Professor Qəzənfər Paşayev da öz fikirləri ilə bölüşmüş, iki minilliyin qovşağında yaşadığımız üçün özümüzü çox xoşbəxt saymalı olduğumuzu vurğulamışdı. Həmçinin dilimizin, dinimizin və ortaq ağrı-acılarımızın da olduğunu vurğuladı.  “ Sovet dönəmində belə bir möhtəəm parkı salmaq və belə bir tədbiri qeyd etmək mümkün ola bilməzdi, amma indi baxın prezidentimiz çox böyük yeniliklər etmək üçün bütün imkan və şəraiti yaradıb. Liderimiz Heydər Əliyevin abadlıq və quruculuq, inkişaf  siyasıtəni indi İlham Əliyev davam etdirir, ölkəmiz də günü-gündən çox böyük sürətlə inkişaf edir” .

Təbirdə dr. Mustafa Ziya, Azərbaycan-İraq dayanışma platformunun həmsədri, dr. Şəmsəddin Kuzəçi, Türməneli İşbirliyi və Kültür vakfı başkanı Fatih Türkcan, “Türkmaneli” TV-nin xəbər müdiri Ali Kasapoğlu, iraqın deputatı, şair Fövzi Əkrəm Tərzioğlu və sənətçilər də iştirak edib öz təbrik və salamlarını hər kəsə çatdırmışlar. Fövzi ƏkrəmTərzioğlu çıxışında çox gözəl və təsiredici fikirlər səsləndirib : “ Mən deyərdim ki, Azərbaycan bütün dünyanın göbəyidir. Çünki burdan baxanda mən Təbrizi, İstanbulu, Kərkükü və bütün türk dünyasını görürəm.” . Fövzi Əkrəm Tərzioğlu gələn qonaqlar üçün Tovuzla bağlı şeirlərini də səsləndirib.

Türkməneli İşbirliyi və Kültür vakfı adından İH başçısı Tofiq Hüseynova xatirə plaketi və Türkmən bayrağı təqdim edib.  İraq türkmənləri adından bir hədiyyə də millət vəkili Qənirə Paşayevaya təqdim olunub. Millət vəkili də aldığı hədiyyəni Tovuz rayonun ön cəbhə komandiri Mayis Bərxudarova bağışladı. Daha sonra İH başçısı Tofiq Hüseynov da İraqdan gələn qonaqlardan dr. Şəmsəddin Kuzəçiyə və Fatih Türkcana  milli atributlarımızdan biri olan saz alətini hədiyyə edib.

Daha sonra kərküklü sənətçilər rayon ictimaiyətinin alqışları ilə səhnəyə dəvət olunub,  hər kəsə möhtəşəm və unudulmaz bir bayram şənliyi yaşatdılar.  


Könül Səid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü