Modern.az

TQDK bu gün 12 bölgədə buraxılış imtahanı keçirir

TQDK bu gün 12 bölgədə buraxılış imtahanı keçirir

Aktual

18 İyun 2012, 10:05

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün respublikanın 12 rayonunda növbəti buraxılış imtahanını keçirir. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. TQDK-dan bildirilib ki, bu gün  Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan  şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir. Hər bir rayon üzrə saat 10:00-da  XI siniflər, 15:00- da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.  İmtahanda adı çəkilən rayonlar üzrə 11188 nəfər XI  sinif şagirdinin (Xocavənd rayonunda 42, Yevlax rayonunda 1137, Ağcabədi rayonunda 1256, Ağdam rayonunda 779, Bərdə rayonunda 1583, Tərtər rayonunda 735, İmişli rayonunda 1224, Saatlı rayonunda 791, Sabirabad rayonunda 1737, Füzuli rayonunda 594, Zərdab rayonunda 513, Beyləqan rayonunda 797) buraxılış imtahanında iştirakı nəzərdə tutulub. 

Bu gün saat 15:00-da IX sinif şagirdlərinin  imtahan keçiriləcək rayonlar üzrə  18621 nəfər (Xocavənd rayonunda 52, Yevlax rayonunda 1463, Ağcabədi rayonunda 2400, Ağdam rayonunda 1429, Bərdə rayonunda 2741, Tərtər rayonunda 1109, İmişli rayonunda 1755, Saatlı rayonunda 1519, Sabirabad rayonunda 3167, Füzuli rayonunda 800, Zərdab rayonunda 724, Beyləqan rayonunda 1462) buraxılış imtahanında iştirakı nəzərdə tutulub.  

Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul  ayının 4-də buraxılış imtahanı verəcəklər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü