Modern.az

Seymur Baycan: “Ermənilər mənə hədiyyə verməyiblər, yalandır...”

Seymur Baycan: “Ermənilər mənə hədiyyə verməyiblər, yalandır...”

Aktual

19 İyun 2012, 13:28

Yazıçı-jurnalist haqqında deyilənləri təkzib etdi...

Yazıçı-jurnalist Seymur Baycan Gürcüstanda ermənilər təfərindən ona dəyərli hədiyyələr və diplom verilməsi haqda mətbuatda yazılanları təkzib edib. O, Modern.az-a açıqlamasında haqqında yazılanların yalan olduğunu deyərək, ermənilərdən hədiyyə qəbul etmədiyini bildirib:

“Gürcüstanda görüşlərimiz çox normal keçdi. Mən Azərbaycana indi gəldim. Haqqımda deyilənlər həqiqəti əks etdirmir. Mənə ermənilər Gürcüstanda nə hədiyyə, nə də diplom veriblər. Yalandır deyilənlər. Belə bir şey olmayıb.
Yenə deyirəm, ermənilər mənə hədiyyə verməyiblər. Haqqımda yalnış yazıblar, belə bir şey olmayıb. Orada müxtəlif insalar iştirak edirdi axı...”.

Qeyd edək ki,  iyunun 17-də Tiflisdə Humanitar Tədqiqatlar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 20-dən çox erməni, 10-dan çox azərbaycanlı iştirak edib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı