Modern.az

Rumıniyadakı səfirliyimiz 20 Yanvar şəhidlərini anma mərasimi keçirib

Rumıniyadakı səfirliyimiz 20 Yanvar şəhidlərini anma mərasimi keçirib

Təhsil

20 Yanvar 2010, 21:41

Yanvarın 20-də Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi Buxarest şəhərində qanlı yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edib.

Tədbirdə Rumıniya-Azərbaycan Biznes Forumunda iştirak etmək məqsədi ilə
 bu ölkədə səfərdə olan azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti də iştirak edib. Bundan başqa, Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin və ARDNŞ-nin Rumıniya təmsilçiliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar,
türk, tatar icmaların, insan hüquqları üzrə və digər sahələr üzrə ixtisaslaşmış QHT-lərin əməkdaşları, KİV
nümayəndələri də mərasimə qatılıb.

Tədbir başlamazadan əvvəl iştirakçılar 20 Yanvar  faciəsini əks etdirən fotoguşə ilə tanış olublar. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov 1990-cı il 20 yanvar tarixində Sovet İKP rəhbərliyinin, sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açıb. Səfir öz konstitutsion hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin,
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırıb.
E.Həsənov faciə zamanı 130-dan artıq insanın qətlə yetirildiyini və 700-dən artıq adamın isə müxtəlif dərəcəli yaralar aldığını qeyd edib. O, həmin hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə verildiyini bildirib.
Səfir Eldar Həsənov Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulayıb.
Tədbirdə çıxış edənlər 20 yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağından əmin
olduqlarını diqqətə çatdırıblar.  
Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filmə baxıblar.
Səfirlik tərəfindən 20 yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş press-reliz Rumıniyadakı bütün diplomatik korpuslar və beynəlxalq
təşkilatların nümayəndəlikləri, Rumıniyanın nazirlik və digər dövlət strukturları, QHT-ləri arasında yayılıb.

Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyindən Modern-az.a bildirilib ki, Rumıniyanın KİV-lərində 20 yanvar faciəsi ilə bağlı məqalələr dərc etdirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır