Modern.az

Kreml Lenini torpağa tapşırmağı düşünmür

 Kreml Lenini torpağa tapşırmağı düşünmür

21 Yanvar 2010, 09:33

Rusiya prezident administrasiyasının başçısı Vladimir Kojin bolşevik inqilabının lideri, sovet quruluşunun banisi Vladimir Leninin torpağa tapşırlıması il bağlı planlarının olmadığını açıqlayıb. Modern.az Resiya mətbuatına istinadən xəbər verir ki, Kojin qeyd edib ki, “Leninin Kreml divarları önündə və ya başqa bir yerdə torpağa verilməsi  ilə bağlı siyasi rəhbərliyin hər hansı rəsmi planı və niyyəti yoxdur. Yaxın zamanda da belə bir plan gündəmdə olmayacaq”. Leninin Mavzoleyinin qapadılması məsləsinə gəlincə, Kojin qeyd edib ki, mavzoleyin bağlanması məsələsi də gündəmdə yoxdur. O, bu məsələinin mətbuatda sürəkli müzakirə mövzusu olduğunu deyib. “Bizim bu məsələyə yanaşmamız çox sadədir: kimsə bu gün Leninin mavzoleyini qapatmaq və Leninin Kremlin önündə basdırılmasını planlaşdırmır”,-deyə Kojin bildirib. O, əlavə edib ki, bu məsələ əxlaqi və siyasi baxımdan günümüzün müzakirə mövzusu deyil. Kojinə görə, zaman gələcək, bu məsələnin ələ alınması  özü-özündən doğacaq.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır