Modern.az

İqtisad Universitetini bitirən “vəzifəlilər”

İqtisad Universitetini bitirən “vəzifəlilər”

Aktual

11 İyul 2012, 12:06

Nazir, fond sədri, komitə sədri, icra başçısı... güləşçi

Modern.az  ali məktəblərimizin bu günə kimi yetişdirdikləri və hazırda vəzifədə olan şəxslər haqqında yazılarını davam etdirir. Budəfəki təqdimatda Azərbaycan İqtisad Universitetindən  məzunu olmuş “vəzifəlilər”dir.

Universitetin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Zəfər Bayramov sözlərinə görə, bu ali təhsil ocağının məzunları arasında məşhur idmançılar, futbolçulardan tutmuş nazir vəzifəsinə yüksələn tələbələr var. Onların arasında vergilәr naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri İsmət Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Heydər Əsədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov kimi “vəzifəlilər” var.

Maliyyə nazirinin müavini Azər Bayramov və maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, vergilər nazirinin birinci müavini Vasif Həmidov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov da İqtisad Universitetinin yetirmələridir.  

Universitet məzunları arasında vətənimizi ölkədən kənarda layiqincə təmsil edən idmançılar da var. Güləşçimiz Fərid Mansurov, futbol mütəxəssisi Kazbek Tuayev, Anatoli Banişevski də sözügedən Universitetin şinelindən çıxıblar.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə rəis  Mikayıl Cabbarov da bu universitetdən məzun olublar.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı