Modern.az

“Rəhbərlik dəyişsə də ATV-də inqilab yoxdur”

“Rəhbərlik dəyişsə də ATV-də inqilab yoxdur”

Aktual

11 İyul 2012, 17:39

Ələsgər Məmmədlinin həmkarları telekanal haqqında nələri dedilər?

“Azad Azərbaycan” telekanalının (ATV) prezidenti Vüqar Qaradağlı artıq 2 aydır ki, öz yeni vəzifəsini icra edir. Rəhbərlik  dəyişilsə də, ATV telekanalında elə bir ciddi dəyişiklik müşahidə olunmur.

Media ekspertləri bu müddət ərzində kanalda hansı dəyişiklərin olub-olmaması barəsində  fikirlərini Modern.az-la paylaşıblar.

Ekspert Ələsgər Məmmədli bunun üçün xüsusi monitorinq aparmadığını deyib: “Bu baxımdan fikirlərim tamamilə subyektiv olacaq. ATV-də gördüyüm verilişlər olduğu kimi də davam edir.  Elə bir ciddi dəyişiklik aydın şəkildə görülmür. Mənim  diqqətimi çəkən bir inqilabi dəyişiklik yoxdur. Verilişlər normal axını ilə də davam edir”

Zeynal  Məmmədli isə hesab edir ki, indi bu barədə danışmaq çox tezdir: “Payızı gözləmək lazımdır.  Mənim bildiyimə görə, indi kanalda layihələr, gözləmələr var. Digər tərəfdən, indiki halda mən bu kanalı izləmirəm”.

Elçin Əlibəyli də həmkarı Zeynal Məmmədli ilə eyni fikirdədir: “Bu haqda indidən danışmaq tezdir. İndi yay aylardır. Yay aylarında  da  yeni layihələr hazırlanır. Sentyabr ayında da həmin layihələr tamaşaçılara təqdim olunur. Bu, bütün kanallarda belədir. Bu barədə sentyabr ayında nəsə demək olar”, – deyə E. Əlibəyli qeyd edib.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü