Modern.az

Ombudsman Aparatının Qarabağ mərkəzi açılacaq

Ombudsman Aparatının Qarabağ mərkəzi açılacaq

6 Noyabr 2020, 09:52

“Qarabağ Azərbaycandır və Azərbaycanın Ombudsmanı var”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva özünü Dağlıq Qarabağda qurulan separatçı rejimin “ombudsmanı” adlandıran Artak Beqlaryanın “istefa verməsi”nə münasibət bildirərkən deyib.

 

S.Əliyeva qondarma rejimin “ombudsmanı”nın fikirlərinin şərh edilməsini doğru hesab etmir:

 

“Hesab edirəm ki, qondarma rejimin dırnaqarası ombudsmanının fikirlərini, addımlarını müzakirə etmək tamamilə qanunaziddir”

 

Səbinə Əliyeva Qarabağda açılacaq mərkəzdən də söz açıb:

 

“Ombudsman  Aparatının  4 regional mərkəzi var.  Gəncə, Şəki, Quba və Cəlilabad. İnşallah, tez bir zamanda 5-ci regional mərkəzimiz Qarabağda açılacaq. Allah ordumuzu, əsgərlərimizi və Ali Baş Komandanımızı qorusun!”

 

Qeyd edək ki, qondarma rejimin “ombudsmanı” Artak Beqlaryan istefa vermək istədiyini bəyan edib.

 

“Dünya erməni xalqının ağrılarını bölüşür, lakin siyasi maraqlar dünya üçün daha vacibdir, bütün səylərimizin faydasızlığına görə istefa vermək istəyirəm”- deyə Artak Beqlaryan bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır