Modern.az

Bakıdakı erməni kilsəsi ilə bağlı TƏKLİF

Bakıdakı erməni kilsəsi ilə bağlı TƏKLİF

Ölkə

11 Noyabr 2020, 09:30

Sabiq millət vəkli, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Bakıdakı erməni kilsəsi ilə bağlı maraqlı təklif irəli sürüb.

Modern.az-a açıqlamasında o qeyd edib ki, kilsənin binası böyük olduğundan onun bir hissəsini erməni vəhşiliyi ilə bağlı rəsmlərə, fotolara ayırmaq olar:

“Hesab edirəm ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları sübut edən faktlar erməni kilsəsində sərgilənməlidir. Xocalı soyqırımı, ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandallıqlar, eyni zamanda, son Gəncə, Bərdə faciələri erməni kilsəsində nümayiş etdirilməlidir. Burada fotofaktlarla yanaşı, həmin dəhşətləri yaşadan əşyayi-dəlillər də nümayiş etdirilməlidir.

Biz bununla erməniliyi, onun xislətini elə erməni kilsəsindən dünyaya bir daha çatdırmış olacağıq. Hətta ziyarətə dünyanın bütün dini xadimlərini də dəvət etmək olar. Biz bununla dünyaya çatdıracağıq ki, Bakıdakı erməni kilsəsi qorunur. Və əksər dinlər insanlığa xidmət etdiyi halda erməni kilsəsi insanlığın məhvi üçün çalışır”.

 

Fidan ƏLİ

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü