Modern.az

Deputat Milli Məclisdə göz yaşlarını saxlaya bilmədi

Deputat Milli Məclisdə göz yaşlarını saxlaya bilmədi

Aktual

13 Noyabr 2020, 12:56

“Hər birimiz o qədər duyğuluyuq ki. Qələbəni sözlə ifadə edə bilmirik”.

Modern.az xəbər  verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Məlahət İbrahimızı bildirib:

Parlamentari Vətən müharibəsində Ali Baş Komandanın və müzəffər ordumuzun zəfəri ilə yaşadığımızı bildirib:

“Bu gün danışmaq həm çətindir, həm də şərəflidir. Biz xoşbəxtik ki, bu tarixi zəfərin şahidiyik. Ermənistanın mənfur planları 44-45 gün içərisində məhv oldu. Ordumuz müzəffər Ali Baş Komandanın qətiyyəti ilə misilsiz uğurlar qazandı. Ali Baş Komandanın dəmir yumruğunun gücü Ermənistanı diz çökməyə məcbur etdi. Bu gün Vətən Müharibəmiz dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu savaşı Çanaqqala savaşı, Malazgird savaşı ilə müqayisə edə bilərik. Bu qələbəni bu gün biz şəhid ailələrinə, əsgərlərimizə borcluyuq. Böyük sərkərdəsi olmayan xalq qələbə qazana bilməzdi. Prezident belə bir fikir ifadə etdi ki, mən nə qədər hakimiyyətdəyəm, Dağlıq Qarabağa status verilməyəcək. Bu gün Prezidentə bildirmək istəyirəm ki, xalqımız sizin siyasətə sadiq qalacaq”.

Qeyd edək ki, Məlahət İbrahimqızı çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü